May 13, 2018

Tramp: “İran nüvə sazişi hesabına müdafiə büdcəsini artırıb”

İranla bağlanmış nüvə sazişi Tehrana müdafiə büdcəsini 40 faiz artırmağa imkan yaradıb. 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Tvitter” hesabında yazıb.

“Obama nüvə sazişi üzrə sövdələşməyə nail olduqdan sonra İranın müdafiə büdcəsi 40 faizdən çox artıb… Bu sadəcə həmin razılaşmanın böyük bir yalan olmasının növbəti təsdiqidir. Lakin indi belə deyil!”, – deyə Tramp qeyd edib.     Ardını oxu »

Müəllimlərin işə qəbul müsabiqəsində əcnəbilər iştirak edə biləcəklər

Təhsil nazirinin əmri ilə “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”ı təsdiqlənib. 

APA-nın xəbərinə görə, yeni Qaydalara əsasən, bu il müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi Ardını oxu »

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün yeni qaydalar

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. 

APA-nın xəbərinə görə, bu “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalar”ında öz əksini tapıb.  Ardını oxu »

Cəsar Məmmədovun rəsm əsəri Britaniya kraliçasına hədiyyə edildi

Böyük Britaniyada 9-13 may tarixlərində Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib. 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq Ülyahəzrətə təqdim  edilib.  Ardını oxu »

Netenyahu: “Eurovision-2019″ Qüdsdə keçiriləcək”

“Eurovision-2019” Mahnı Müsabiqəsi Qüdsdə keçiriləcək. 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail baş naziri Binyamin Netenyahu bəyan edib.

“Eurovision-2018” Mahnı Müsabiqəsinin qalibi olan İsrail təmsilçisi Nettanı “Twitter” sosil şəbəkəsindəki səhifəsində təbrik edən B. Netenyahu yazıb ki, Netta İsrailə böyük şöhrət gətirib və növbəti mahnı müsabiqəsi növbəti il Qüdsdə olacaq.  Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 27
  • 13
  • 1,187
  • 4,898
ILK-10 Azeri Website Directory