May 15, 2018

“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı birincilər sırasındadır

Ölkədə yaradılan iri kəndli-fermer təsərrüfatları ərzaq təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayır. 2016-cı il oktyabr ayının 19-da Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayan Qazaxdakı “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında qazanılan uğurlar buna misal ola bilər. Fəaliyyətə başlamasından az vaxt keçməsinə baxmayaraq, təsərrüfatın uğurları çoxdur. Ardını oxu »

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur

15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ardını oxu »

Prezident İlham ƏIiyev Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışında iştirak edib

Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər və burada yaradılan şəraitlə tanış oldular. Ardını oxu »

Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib. Ardını oxu »

Xoyskinin qardaşı nəvəsi: “Babamgil son nəfəslərinə qədər SSRİ-nin dağılacağına ümidlərini itirmədilər”

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Mehmetzadənin APA-ya müsahibəsi

– 27 may 1960-cı ildə hərbi çevriliş ilə hakimiyyətdən uzaqlaşdırılan prezident Cəlal Bayar Qafqaz İslam Ordusunun Azərbaycanı tərk etməsinə dair sizə nə danışmışdı?  Ardını oxu »

Dubayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçirildi

Azərbaycanın Dubaydakı baş konsulluğunun təşəbbüsü ilə Dubay şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirə əsas qonaq qismində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ali təhsil məsələləri üzrə dövlət naziri Dr. Əhməd bin Abdullah Humeyd Belhoul Əl-Fəlasi Ardını oxu »

İstanbulda Azərbaycanın tanınmış şəxsiyyətlərinin xatirə lövhəsi açıldı

İstanbulda Azərbaycanın tanınmış şəxsiyyətlərinin xatirə lövhəsi açılıb. 

APA-nın məlumatına görə, İstanbulun Şişli rayonunda yerləşən Feriköy qəbiristanlığında çar Rusiyasının təzyiqləri və bolşevik işğalı nəticəsində Azərbaycanı tərk etməyə məcbur olmuş və Türkiyədə vəfat etmiş tanınmış simaların xatirə lövhəsi açılıb.

Lövhə Azərbaycan Cümhuriyyətinin 100-cü ili münasibəti ilə prezident İlham Əliyevin 16 may 1017-ci il tarixli fərmanına əsasən hazırlanıb. Azərbaycanın Ardını oxu »

Cəbhə xəttində gərginlik davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ardını oxu »

Nəsimi rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə silsilə tədbirlər davam edir

Silsilə tədbirlər çərçivəsində  Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan  Respublikasının Ədliyyə Nazirliyinin təşəbbüsü ilə Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Ədliyyəsinin 100 illiyinə həsr olunmuş “Möhkəm təməllər üzərində sağlam ailə mühitinin formalaşması” mövzusunda dəyirmi masa keçirilmişdir. Ardını oxu »

Festivalda Şuşa teatrı tamaşaçılara M.F.Axundzadənin komediyasını təqdim edib

III Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü tamaşaçılara Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa teatrı bu gün, həm də, bu qədim diyarın zəngin tarixə malik teatr ənənələrini yaşadır. Bu ənənələrdən biri də teatrın fəaliyyətində Azərbaycan milli dramaturgiyasının banisi M.F.Azundzadənin yaradıcılığına geniş yer ayrılmasıdır. Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 18
  • 10
  • 1,017
  • 3,073
ILK-10 Azeri Website Directory