May 17, 2018

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv olundu

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. 

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, mayın 17-dən iyunun 14-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib: Ardını oxu »

Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verildi

Dünən tapılmış alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib. 

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində ekspertizadan keçirilib. Ardını oxu »

Cümhuriyyət yadigarı olan nadir xalça aşkara çıxarıldı

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalçanı aşkara çıxarıb. 

“Azərxalça” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalqımızın müstəqillik əzmini nümayiş etdirən bayraqlı xalça qədim və nadir nümunələrdən biridir.  Ardını oxu »

DİM sədri: “Bu il tələbə qəbulu üçün 45159 yer ayrılıb”

“2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrılıb”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, qəbul planı ötən tədrisi ilə müqayisədə 2303 yer artıb. Ardını oxu »

“Əl-Cəzirə” telekanalının baş produsseri Şhafaik Mandhai Tərtər rayonunda səfərdə olub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Əl-Cəzirə” telekanalının baş produsseri Şhafik Mandhai müharibənin  cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan barədə reportaj hazırlamaq məqsədi ilə Tərtər rayonuna səfər edib. Ardını oxu »

A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş “Şərqdə ilk qalibiyyət günəşi” adlı tədbir keçirildi

Tədbir şagirdlərin rəsmlərindən, əl işlərindən, dulusçuluq nümunələrindən, milli naxışlarla toxuma işlərindən  və milli mədəniyyətimizlə bağlı qədim əşyalardan ibarət təşkil olunmuş sərginin nümayişi ilə başlanmışdır.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin  Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, 28 may tarixi Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmışdır. 1918-ci ilin 28 Ardını oxu »

Aşqarlar Kimyası İnstitutunun professoruna yüksək etimad

         Bakı şəhəri                                                        17 may 2018-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun “Zərif üzvi sintez” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor Sabir Məmmədov “Science Journal of Chemistry” jurnalının Redaksiya Heyətinə daxil edilib.
S.Məmmədov üzvi kimya sahəsində görkəmli alim olmaqla, fizioloji fəal maddələrin sintezi ilə bağlı yüksək nailiyyətlər əldə edib. Ardını oxu »

168 nömrəli tam orta məktəbin komandası rayon birinciliyinin qalibi oldu

Bakı şəhərinin rayonları üzrə velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə yekun vurulub.
Yarışlara paytaxtın 12 rayonu üzrə 305 ümumtəhsil məktəbindən iki minədək şagird qatılıb. Rayonlar üzrə birinci, ikinci və üçüncü Ardını oxu »

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Ağdam Rayon Mərkəzləşdirilmiş Kitabxananın təşkilatçılığı ilə 10 -cu “Kitab bayramı” keçirildi

 Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Ağdam Rayon Mərkəzləşdirilmiş Kitabxananın təşkilatçılığı ilə 10 -cu “Kitab bayramı” keçirildi. Tədbirdə Ağdam RİH başçısı cənab Raqub Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və digər şəxslər iştirak etdi. Ardını oxu »

Qəbələ rayonunda əmək yarmarkası keçirilib

Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon məşğulluq mərkəzinin birgə təşkilatçılığı ilə 16 may 2018-ci il tarixdə işsiz və iş axtaran vətəndaşların səmərəli məşğulluğunu təmin etmək məqsədilə növbəti əmək yarmarkası keçirilib.

Yarmarkanı giriş sözü ilə açan məşğulluq mərkəzinin direktoru Elxan Səlimov ölkə Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory