İyun 2018

Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir

İLHAM ƏLİYEV: “AZƏRBAYCAN XALQI ƏMİN OLA BİLƏR Kİ, ORDUMUZ İSTƏNİLƏN VƏZİFƏNİ İCRA ETMƏYƏ HAZIRDIR”

Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən hərbi paradda nümayiş etdirilən silah və hərbi texnikalar işğalçı Ermənistanda böyük şok effekti yaradıb.
Ardını oxu »

Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi vaxt məlum oldu

Sentyabrdan yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq.
Bu barədə dünən parlamentdə çıxışı zamanı Milli Məclisin (MM) Hüquq siaysəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Ardını oxu »

“ABŞ-ın İrana və İran xalqının ABŞ-a qarşı düşmənçiliyi günü-gündən artır”

“Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Ayətullah Xamenei bu gün İmam Hüseyn adına Hərbi Akademiyanın buraxılış mərasimində çıxışında  deyib.

Ayətullah Xamenei bildirib ki, İran xalqının gücünün ən böyük sübutu ABŞ-ın bütün çalışmalarına baxmayaraq ölkənin inkişafıdır: “Əgər xalq güclü olmasaydı, düşmənin bu çalışmasının onda biri bu sevimli sistemi xalqın əlindən almaq üçün kifayət edərdi.”  Ardını oxu »

Nəsimi rayonu ahılları, müharibə və əmək veteranları Pirşağı qəsəbəsində istirahət etdilər

Ümummmilli Lider  Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır və müharibə veteranları, əlillərə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ahıllara, müharibə veteranlarına, şəhid ailələrinə,əlillərə  göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ardını oxu »

Təmas xəttində yerləşən Qapanlı kəndində növbəti səyyar-qəbul görüş oldu

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Ardını oxu »

Qazaxda keçirilən kompleks mülki müdafiə təlimi yüksək səviyyədə yerinə yetirilib

Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin və Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) birgə təşkilatçılığı ilə respublikamızda ilk dəfə olaraq Qazax rayonunda kompleks mülki müdafiə təlimi keçirilib.
Respublika əhəmiyyətli tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaov, FHN Mülki Müdafiə işinin təşkili baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov, nazirliyin əməkdaşları, Gəncə Regionunu əhatə edən rayonların (9 rayon) İcra Hakimiyyəti başçılarının birinci müavinləri (Rayon Fövqəladə Hallar Komissiyalarının sədrləri), rayonun mülki müdafiə xidmət rəisləri, FHK-nın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qərargah rəisləri və KİV nümayəndələri iştirak edib. Ardını oxu »

TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlayıb

Bu gündən Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

Bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev deyib.

Ə.İsayev “Cənub Qaz Dəhlizi” layihələrində görülmüş işlər barədə məlumat verib: “Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Ardını oxu »

Elmar Vəliyev Türkiyənin Azərbaycandakı səfirinin qəbul edib

Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral Gəncəyə səfəri çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonağı Azərbaycanın qədim elm, mədəniyyət və sənaye şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib, Türkiyədə keçirilən seçkilərdə qazanılan qalibiyyət münasibəti ilə Türk xalqını təbrik edib. Ardını oxu »

Ermənistanda böyük təşviş: “İlham Əliyev Yerevanın artıq 80 kilometrliyinədək irəliləyib”

Möhtəşəm hərbi parad və Ali Baş Komandanımızın sərt bəyanatları Ermənistanda məğlubiyyətin qaçılmaz olduğuna tam əminlik yaradıb.

2016-cı ilin aprel, cari ilin Günnüt zəfərlərinin ardınca Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə keçirilən təntənəli hərbi parad Ermənistanda, sözün əsl mənasında, şok effekti yaradıb. Ardını oxu »

Vergi və rüsumlardan azadolunma ilə bağlı reyestr yaradılacaq

Vergi və gömrük ödənişlərindən azadolunma hallarına nəzarət mexanizminin təşkili ilə bağlı icraçı dövlət qurumları müəyyənləşdirilib. 

APA-nın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamına əsasən icraçı dövlət qurumları qismində Dövlət Gömrük Komitəsi, Maliyyə, Vergilər və İqtisadiyyat Nazirlikləri çıxış edəcək.  Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 240
  • 105
  • 1,462
  • 3,991
ILK-10 Azeri Website Directory