İyun 1, 2018

Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara Ardını oxu »

Cocuq Mərcanlıya ikinci köç başlayıb

Cəbrayıl rayonunun erməni işğalından azad edilən Cocuq Mərcanlı kəndinə ikinci köç başlayıb. 

“Report”un Qarabağ bürosunun məlumatına görə, ikinci mərhələdə kənddə 100 ev inşa olunub.

Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər həmin evlərə köçürülür.  Ardını oxu »

“Ömürdən uzun gecə”

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan yeni tamaşasını teatrsevərlərə təqdim etmişdir. Ardını oxu »

Ölkədə 90 yaşlı qocaların sayı artıb

Azərbaycanda son illər ərzində yaşı 90 və daha çox olan şəxslərin sayı 3341 nəfər, başqa sözlə 39,4 faiz artıb.

Strateq.az saytı Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən yazır ki, 2013-cü ildə ölkədə 8479 nəfər (6303 nəfər qadın, 2176 nəfər kişi) yaşı 90 və daha yuxarı yaşda olan insan olduğu halda, 2014-cü ildə bu rəqəm 9171 (6626 nəfər qadın, 2545 nəfər kişi), 2015-ci ildə 10 171 (7092 nəfər qadın, 3079 nəfər kişi), 2016-cı ildə 10 880 (7370 nəfər qadın, 3510 nəfər kişi), 2017-ci 11 820 (7710 nəfər kişi, 4110 nəfər qadın) nəfər olub. Ardını oxu »

“Bilik öyrətmənin ən yaxşı üsulu tədqiqatdır”

Etibar Əliyev: “Hər bir tədris üsulunda müəllimin səriştəliliyi ön plana çıxır”.

Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Pedaqoji Forumun artıq bir ənənəyə çevrilən növbəti dinləməsi keçirilib. Forumda təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin “Müəllim və pedaqoji təhsil” Ardını oxu »

Dünyanın ən güclü təhsil sistemləri

75 ölkə üzrə aparılan tədqiqatlarda 4 kriteriya əsas götürülüb.

Təhsil dünyada olduqca əhəmiyyətli hesab olunan amillərdən biridir, lakin o, hələ də hər ölkədə eyni səviyyədə deyil. Qərblilər elə hesab edir ki, onların təhsil sistemi ən yaxşısıdır, lakin bu, belə olmaya da bilər. Beləliklə də dünyanın ən güclü təhsil sistemi hardadır? Ardını oxu »

AXC-nin yaranmasının 100 illiyinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

 AMEA-nın akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən gənc tədqiqatçılar arasında elan olunan “Akademik Əli Quliyev mükafat”ı və “Ən yaxşı elmi
məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Ardını oxu »

“Azərbaycan və Avropa İttifaqı artıq 2030-cu ilin proqramını hazırlamalıdır”

Bu gün Bakıda Energetika Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının Büdcə və İnsan resursları üzrə komissarı Günter Ottingerin rəhbərlik etdiyi nümayəndə heyəti və Almaniya iş adamlarının iştirakı ilə birgə dəyirmi masa keçirilib. 

“APA-Economics”in məlumatına görə, dəyirmi masada çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, hazırda Ardını oxu »

Putin və Netanyahu Suriyanı müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə Kremlin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Putin və Netanyahu Suriyadakı vəziyyəti müzakirə ediblər.  Ardını oxu »

Gəncədə Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi qeyd edilib

Yubiley tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze, Türkiyənin Gəncədəki Baş konsulu Orxan İşıq, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 21
  • 16
  • 807
  • 2,681
ILK-10 Azeri Website Directory