İyun 6, 2018

Azadlıq carçısı

Mikayıl Müşfiq poeziyamızın XX yüzilliyinin qüdrətli sənətkarlarındandır. Onun gözəl lirik şeirləri, mənalı-məzmunlu poemaları novator keyfiyyətləri ilə ədəbiyyatımızı zənginləşdirmiş, minillik poetikasında yeni səhifə açmışdır. Gənc şair parlaq fitri istedadı ilə seçilən yaradıcı bir insan kimi həm həyatda, həm də əsərlərində yüksək mənəviyyatlı, soyuna, torpağına dərin köklərlə bağlı mərd, cəsur, şuxovqatlı, ürəyəyatımlı bir şəxs olmuşdur. Ardını oxu »

Bilik Fondu Cocuq Mərcanlı sakinlərinin qonağı oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Fondun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri Cocuq Mərcanlı sakinlərinin qonağı olublar. Ardını oxu »

Zaqatalada 6 bal gücündə zəlzələ – Yenilənib

Azərbaycanda güclü zəlzələ baş verib. 

APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

5,5 maqnitudalı zəlzələnin ocağının 12 km dərinlikdə yerləşdiyi bildirilir.

Məlumata görə, zəlzələ episentrdə 6 bala qədər hiss olunub.

*** 23.05  Ardını oxu »

Beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək

Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir.

Bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihə Milli Məclisin (MM) Səhiyyə komitəsinin dünən keçirilən  iclasında müzakirə olunub. Ardını oxu »

Prezident İlham Əliyev Goranboyda “Region Agropark”ın açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboy rayonunda “Region Agropark”ın açılışında iştirak edib. 
Son illərdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır.

Ardını oxu »

İlham Əliyev “Dəliməmmədli” yarımstansiyasının açılışında

Prezident İlham Əliyev iyunun 5-də Goranboy rayonunda hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2×40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının açılışında iştirak edib. 

APA-nın məlumatına görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiya barədə məlumat verib. Ardını oxu »

Naftalan Şəhər Mərkəzi Xəstəxanası istifadəyə verildi

Prezident İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. 

APA-nın məlumatına görə, dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

Səhiyyə naziri Oqtay Şirəliyev prezidentə tibb müəssisəsində yaradılan şərait barədə məlumat verib.  Ardını oxu »

14 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi  rayonunun   idarə, müəssisə və təşkilatlarında, elm, təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilir. Ardını oxu »

Şəkidə su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd edilmişdir

Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayram günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Şəkidə su təsərrüfatı və meliorasiya sahəsində çalışan əmək kollektivlərinin nümayəndələri iştirak etmişlər. Ardını oxu »

Velosiped idman növü

Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman Nazirlikləri tərəfindən  05-09 iyun 2018-ci il tarixlərdə Bakı şəhərində keçiriləcək BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunmuş ümumrespublika velosiped yarışları başa çatdı. Respublika birinciliyində rayonumuzu 319 saylı məktəbin komandası təmsil edirdi.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory