İyun 9, 2018

Rezidenturaya qəbul üçün sınaq imtahanları keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə onlayn sınaq imtahanları keçirilib.  Ardını oxu »

GƏNCƏDƏKİ “İMAMZADƏ” DİNİ MEMARLIQ ABİDƏ KOMPLEKSİNDƏ İFTAR SÜFRƏSİ AÇILIB

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə təşkil olunan iftarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yerli şöbəsinin əməkdaşları, şəhər ziyalıları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

İftar süfrəsi başında müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib. Günün duası ilə möminlər öz oruclarını açıblar.

Ardını oxu »

Monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.

Ardını oxu »

Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü Münasibətilə Konfrans keçirilmişdir

15 iyun milli qurtuluş günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə konfransı keçirilmişdir. Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Ardını oxu »

“Müstəqil Azərbaycanın memarı” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırması

Yasamal Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə respublika orta ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil etdiyi “Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma tədbiri keçirildi.

Ardını oxu »

CƏNUBİ KOREYADAN TƏBRİK VAR

Xəbər verdiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunması ilə əlaqədar bu həftəni xaricdə təhsil alan şəmkirli tələbələrin təbrik videolarına həsr edib.

Səhifəmizin növbəti qonağı Məsimli Leyladır. Ardını oxu »

42 saylı tam orta məktəbdə bayram tədbiri keçirildi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir. Bu gün münasibəti ilə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri təşkil edilir, divar qəzetləri buraxılır.

Ardını oxu »

Samux rayonunda 15 İyun Qurtuluş günü münasibətilə şahmat turnirinə start verildi

15 İyun Qurtuluş günü münasibətilə YAP Samux rayon təşkilatının, rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Şahmat məktəbinin birgə tədbirlər planına uyğun olaraq 08 İyun 2018-ci il tarixdə Uşaq-Gənclər Şahmat məktəbinin 8,10,12 və 14 yaş qrupunda oğlanlar və qızlar arasında şahmat turnirinə start verildi.

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 21
  • 16
  • 807
  • 2,681
ILK-10 Azeri Website Directory