İyun 11, 2018

Arzu Nağıyev: Paşinyanın açıqlamaları qeyri-ciddi və qeyri-adekvatdır

Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra verdiyi açıqlamaların çoxu qeyri-ciddi və qeyri-adekvatdır. Bunun da əsas səbəbi onun və ümumiyyətlə, Ermənistan hakimiyyətinin iqtisadi, siyasi və hətta hərbi proqramlarının olmamasıdır.

Mitinqlər yeni başlayanda bunu “məxməri inqilab” kimi qələmə verməyə çalışan Paşinyan özü də bilirdi ki, onun konkret proqramları olmalıdır. Bu məsələ sadəcə Sarkisyan rejimini yıxmaqla bitmir. Ardını oxu »

İstanbulda ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər Azərbaycan xalqının Ümummilli Liderinin İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin əziz xatirəsinin yad edilməsi ilə başlanıb. Ardını oxu »

30 rayon, 45 aqropark

Prezident İlham Əliyevin tövsiyəsi ilə aqrar sektorda yaradılan modern təsərrüfatçılıq mexanizmləri artıq real nəticə verir.

Son illər Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, müasir çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi keyfiyyətcə yeni mərhələyə keçidin təməlini qoyub. Ardını oxu »

Yay nə vaxt başlayacaq?

Bu il yay fəslinin Azərbaycana nə vaxt gələcəyi məlum olub. 

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən verdiyi xəbərə görə, yay fəsli iyunun 21-i, Bakı vaxtı ilə saat 14:07-də Azərbaycana gələcək.  Ardını oxu »

Azərbaycan və Ermənistan liderlərinin Mokvada görüşü planlaşdırılmır

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş planlaşdırılmır. 

APA-nın məlumatına görə, bu barədə “İntefax” agentliyinə Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.  Ardını oxu »

Sakinlərə dəymiş ziyan aradan qaldırılıb

İyunun 10-da baş vermiş güclü leysan yağışları nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonu ərazisində də bir neçə ailənin yaşadığı evlərə ciddi ziyan dəymişdir.

Səhər saatlarında rayon ərazisinə yağmış güclü leysan yağışları nəticəsində ictimai və fərdi yaşayış evlərinə və evlərin həyətyanı sahələrinə sel suları dolmuş, Qazax şəhər ərazisində küçə və yolları sel suları yuyaraq yararsız hala salmış, şəhər təsərrüfatına ziyan dəymişdir. Ümumilikdə, yaranmış təbii fəlakət zamanı 12 evin sakinləri zərər çəkmişdir.

Ardını oxu »

Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edilib

Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş “Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin qalibləri F.Əmirov Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış ediblər.

Gecədə həmçinin Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, habelə Azər Zeynalov, Təyyar Bayramov, Arzu Əliyeva, Səbuhi İbayev kimi Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 20
  • 15
  • 806
  • 2,680
ILK-10 Azeri Website Directory