İyun 12, 2018

Amerikalı müəllimdən qeyri-adi addım

Ömürboyu yığdığı 1 milyon dolları uşaqlara vəsiyyət etdi.

ABŞ-ın  Dyumont (Nyu-Cersi ştatı) şəhərinin dövlət  məktəbləri idarəsindən bildirilib ki, Jenevyeva Via Kava adlı müəllim ali təhsil almaq arzusunda olan, lakin psixofiziki inkişaf xüsusiyyətləri buna imkan verməyən uşaqlara yardım göstərilməsi  üçün xeyriyyə  fondunun yaradılması məqsədilə 1 milyon dollar həcmində miras qoyub.

Ardını oxu »

Dördüncülər ibtidai sinfə əlvida dedilər

Bu münasibətlə düzənlənən tədbir onların hər birinin yaddaşında xoş xatirə kimi qalacaq.

Hər bir insanın həyatında məktəb illəri, xüsusən də ibtidai təhsil dövrü böyük rol oynayır. Görünür, məhz buna görədir ki, hər birimiz ömrümüz boyu o illəri xoş hisslərlə xatırlayırıq. Ardını oxu »

Gəncədə dahi Bülbülün adını daşıyan küçə və barelyef açılıb

Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı, sənətşünas-alim, professor Bülbülün 120 illik yubileyi münasibətilə Gəncədə Bülbül adına küçənin və barelyefin açılış mərasimi olub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, ailə üzvləri, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ardını oxu »

Ordumuzun 100-cü, Milli Qurtuluşun 25-ci ildönümünə Azərbaycan əsgərinin qələbə töhfəsi

* Günnüt kəndi 26 ildən sonra işğaldan azad olundu

* 11 min hektara yaxın ərazi düşməndən təmizləndi

* Yerevan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu və Xunut dağı, Ağbulaq yüksəkliyi nəzarət altındadır 

* Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirildi. Ardını oxu »

Səbail rayonunun Badamdar qəsəbəsində möhtəşəm bayram konserti keçiriləcəkdir

Milli Qurtuluş Günü münasibəti ilə iyun ayının 13-ü saat 19-30-da Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə   möhtəşəm bayram konserti təşkil olunacaqdır.
Azərbaycan estradasının tanınmış ulduzlarının iştiraki ilə keçiriləcək konsertdə xalq mahnıları, dünya və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq, tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaqdır. Ardını oxu »

“Azərbaycan-Rusiya əlaqələrinin inkişafı üçün yeni addımlar atılacaq”

“Azərbaycan və Rusiya prezidentləri bu yaxınlarda yenidən prezident seçiliblər. Bu o deməkdir ki, dostluğumuz və əməkdaşlığımız sabit şəkildə davam edəcək”.  

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov  Rusiya günü ilə bağlı keçirilən qəbulda çıxışı zamanı deyib. O bildirib ki, isti dostluq münasibətləri dövlət başçılarının dostluq əlaqələrindən irəli gəlir: Ardını oxu »

Hərbi məhsullarımız Fransada keçirilən sərgidə

İyunun 11-də Fransanın paytaxtı Paris şəhərində “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub. 

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.  Ardını oxu »

2017-ci ilin dövlət büdcəsinin icrası təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb. 

APA-nın məlumatına görə, Azərbaycanın 2017-ci il dövlət büdcəsinin icrasının gəlirləri 16 516 684,0 min manat, xərclər 17 594 478,0 min manat məbləğində olmaqla təsdiqlənib.  Ardını oxu »

Pirallahı qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüşdə RİH-in məsul əməkdaşları, rayon idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.

Ardını oxu »

İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına raport verdi.

Bildirildi ki, hərbi hissənin inşasına 2017-ci ilin mayında başlanılıb. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory