İyun 13, 2018

TƏBİƏT ANADIR, ONU QORUYAQ!

Azərbaycan sərvətləri ilə yanaşı bol su hövzələri ilə də tanınır. Ölkənin ən böyük içməli su mənbəyi isə Kür çayıdır. Dahi şairimiz Səməd Vurğun şeirində bu çayı belə xarakterizə edir:

                Kiçicik bir sudur, Yer üzündə Kür,

                Baxın bu dünyanın xəritəsinə.

               Bəs niyə qəlbimdə ümman döyünür,

                Mən qulaq asdıqca Kürün səsinə. Ardını oxu »

“DÜNYANI UŞAQLARA VERƏK”

 Son illərdə ölkəmizdə bir çox sahələrdə aparılan uğurlu islahatlar sırasında mədəniyyət və kitabxana işi sahəsi də dayanır. Uşaq və yeniyetmələrin kitaba, mütaliəyə marağının artırılması Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamət- lərindən biridir.

Ardını oxu »

Azərbaycanlı məktəblilər Türkiyədə keçirilən beynəlxalq olimpiyadada böyük uğura imza atıblar

Türkiyənin İzmir şəhərində “OKSEF-2018” məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiyadası keçirilib. Nümayəndə Heyətinin üzvi, AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayevin verdiyi məlumata görə, dünyanın 38 ölkəsindən 120 nəfər iştirakçının 60 layihə ilə qatıldığı bu möhtəbər tədbirdə ölkəmizi 3 qrup nümayəndə heyəti təmsil edib. Ardını oxu »

“Bolqarıstan və Rumıniya üzərindən TANAP-dan qaz əldə etmək istəyirik”

“TANAP Azərbaycan, Türkiyə, Avropa və Ukrayna üçün çox önəmli layihədir”. 

APA-nın məlumatına görə, bunu Ukryana prezidenti Petro Poroşenko Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində çıxışında deyib.  Ardını oxu »

Təhlükəsiz internet xidmətlərindən yararlanmaq mövzusunda maarifləndirici seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar təşkil edib.

İnteraktiv şəkildə aparılan seminarda məktəblilərə internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub. Ardını oxu »

Qazax rayonunda mülki müdafiənin mövcud vəziyyəti ilə bağlı müşavirə keçirilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Qazax Rayon İcra Hakimiyyətində “Mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması, bu sahədə nazirlik, dövlət qurumları və yerli icra hakimiyyəti orqanları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirlməsi“ mövzusunda növbəti müşavirə keçirilib.

Ardını oxu »

Baş prokuror Zakir Qaralov vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyunun 22-də saat 10:00-da Ağstafa rayon prokurorluğunun inzibati binasında Ağstafa, Qazax, Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

Ardını oxu »

Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi adlı tədbir və tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçirilmişdir

12 iyun 2018-ci il tarixdə Milli Qurtuluş Günü münasibətilə Quba şəhərindəki “Yaşıl teatr”da Quba Rayon İcra Hakimiyyətinin, “ASAN” Xidmətin və “ASAN” radionun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi adlı tədbir və tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı keçirilmişdir. Ardını oxu »

Prezident: “XXI əsrin enerji tarixini yazırıq”

“Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib.  Ardını oxu »

Türkiyədə TANAP-ın açılışı oldu – Yenilənib

Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib. 

APA-nın məlumatına görə, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın baş naziri Boyko Borisov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.  Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory