İyun 14, 2018

Mini-futbol yarışlarında Xətai məktəbliləri birinci olmuşlar

Nərimanov rayonu ərazisində yerləşən Məktəb – Lisey Kompleksinin mini-futbol meydançasında Bakı şəhər məktəbliləri arasında mini-futbol üzrə turnirin final oyunları keçirilmişdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə təşkil olunmuş yarış V – VI sinif oğlanlar arasında keçirilmişdir. Ardını oxu »

Kürdəmirdə taxıl biçini davam edir

Kürdəmir rayonunda taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 15133 hektar sahədə biçin aparıblar.
İndiyədək arpa sahələri biçilir və orta məhsuldarlıq  30,2  sentner təşkil edir.
Qeyd edək ki, kürdəmirli fermerlər 45 040 hektar sahədə taxıl yetişdirib. Taxıl əkilən sahələrin 16 072 hektarını buğda, 28 968 hektarını isə arpa zəmiləri təşkil edir. Ardını oxu »

Bu gün “Son zəng”dir

Azərbaycanda 2017/2018-ci dərs ili bu gün başa çatır. Bu münasibətlə ölkənin bütün ümumtəhsil müəssisələrində “Son zəng” çalınır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2017/2018-ci tədris ilində IX sinfi 111 257, XI sinfi isə 83001 şagird bitirir.

2018/2019-cu tədris ilinin əvvəlinə respublikanın ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayı 165 780 nəfər proqnozlaşdırılır.  Ardını oxu »

Uşaq zorakılığına görə tutulan tərbiyəçi: “Çox peşmanam”

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi ilə görüşüb. 

Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, bu gün komitənin sədr müavini Elçin Şirinov və ekspert Qartal Hüseynovla birgə Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Hüquq müdafiəçiləri orada uşaq zorakılığına görə tutulmuş Füruzə Tağıyeva ilə görüşüblər: “Füruzə Tağıyeva saxlanmadan və ona qarşı rəftardan heç bir şikayət etmədi. Lakin açıq-aşkar hiss olunurdu ki, stressdədir və bu hadisəyə görə saxlanılmasını qəbul edə bilmir”.  Ardını oxu »

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!
Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim” on bir ayın sultanı sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Ardını oxu »

Moskvada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

İyunun 13-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.  
 Dövlət başçıları görüşdə çıxış ediblər.
Rusiya Prezidenti Vladimir PUTİN dövlətimizin başçısını salamlayaraq dedi:
– Hörmətli İlham Heydər oğlu, Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz.
Ümidvaram ki, Moskvada vaxtınızı səmərəli və maraqlı keçirəcəksiniz. Ona görə maraqlı keçirəcəksiniz ki, oyun gözəl olacaq. Ona görə səmərəli keçirəcəksiniz ki, çoxsaylı ölkələrdən çoxlu həmkarlarımız gəlib, hamı ilə söhbət etmək, görüşmək, kiminləsə tanış olmaq imkanı var. MDB üzrə ən yaxın həmkarlarımızla cari məsələlər barəsində informasiya mübadiləsi aparmaq da mümkün olacaq.

Ardını oxu »

Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür

Xəbər verdiyimiz kimi, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. 
Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Qeyd edək ki, Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı.

Ardını oxu »

Jurnalistlər üçün “Azərbaycan gömrüyü: bu gün və sabahın çağırışları” mövzusunda seminar təşkil edilib

İyunun ­13-də Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Azərbaycan gömrüyü: bu gün və sabahın çağırışları” mövzusunda seminar başlayıb.
 AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) təşkil etdiyi ikigünlük seminar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulub.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin rəhbəri Natiq Axundov gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu xüsusi vurğulayıb, birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Ardını oxu »

Ermənistanın yeganə nicat yolu Azərbaycan torpaqlarını işğaldan azad etməkdir

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə səsləndirdiyi fikirlər onun necə dayaz düşüncə sahibi, siyasətdə naşı, dövlət idarəçiliyində isə tamamilə piyada olduğunu bir daha təsdiqlədi. Onun  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son fikirləri psixoloji sayıqlamalardan başqa bir şey deyil.  Paşinyanın son çıxışları da təsdiqləyir ki, onun sülh haqqında iddiaları səmimi deyil. Ölkəyə rəhbərlik edən bu adam hələ də danışıqlar prosesinin  real vəziyyəti haqqında tam məlumatlı deyil. Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən tanınan Azərbaycan ərazisidir.

Ardını oxu »

İlk zəngdən son zəngə

Təhsildə keyfiyyət ilinin nailiyyətləri

Daha bir tədris ili yekunlaşdı. Hər il olduğu kimi, yenə ilk zənglə başlayıb son zənglə başa çatsa da, təkrarsız, yeniliklərlə dolu bir il oldu. Bəs bu ildən geriyə nə qaldı?

Təhsil əhatə etdiyi bütün sahələrdə keyfiyyəti hədəf götürdü. “Təhsildə keyfiyyət ili” adı altında davamlı inkişafa hədəflənən planlar, gerçəkləşən çoxsaylı tədbirlər, bir-birini əvəz edən ardıcıl addımlar 2017-2018-ci tədris ilinin “Gündəliy”inə qeyd edildi. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 3
  • 2
  • 1,199
  • 4,079
ILK-10 Azeri Website Directory