İyun 15, 2018

Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən islahatlar aparılır, ədalət mühakiməsinə çatımlılıq, vətəndaşların məhkəmələrə müraciət imkanları asanlaşdırılır, məhkəmə infrastrukturunun yüksək statusuna uyğun müasirləşdirilməsi və “elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə ardıcıl tədbirlər görülür. Ardını oxu »

Tramp Krımı Rusiya ərazisi adlandırdı

ABŞ prezidenti Donald Tramp ötən həftə Kanadada keçirilən G7 sammitinin gedişində sammitdə iştirak edən liderlərə Krımın Rusiyaya məxsus olduğunu bildirib. 

APA-nın məlumatına görə, bu barədə Amerikanın “Buzzfeed” portalı iki diplomatik mənbəyə istinadən xəbər yayıb.

“Prezident Tramp G7 liderlərinə bildirib ki, Krım Rusiyanındır, çünki orada hamı rusca danışır”, – deyə məlumatda vurğulanır.  Ardını oxu »

Cənub Qaz Dəhlizinə beynəlxalq maraq artır

AZƏRBAYCANIN TƏŞƏBBÜSKARLIĞI İLƏ HƏYATA KEÇİRİLƏN VƏ ARTIQ REALLIĞA ÇEVRİLƏN LAYİHƏ BÜTÜN DÜNYANIN DİQQƏTİNİ ÖZÜNƏ CƏLB EDƏ BİLİB

“Şahdəniz-2” yatağından hasil olunan təbii qaz Cənubi Qafqaz Boru Kəməri vastiləsilə Gürcüstandan keçərək Türkiyədə TANAP-a ötürülüb. Bununla çoxları üçün inanılmaz görünən nəhəng enerji layihəsi Azərbaycan və Türkiyənin işbirliyi ilə reallığa çevrilib. Ardını oxu »

Qazax Dövlət Dram Teatrının kollektivi paytaxta gəlir

İyun 18-də Qazax Dövlət Dram Teatrının kollektivi Gənc Tamaşaçılar Teatrında Viktor Hüqonun “Bir edam məhkumunun son günü” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

Teatrdan 525.az-a verilən məlumata görə, bu dəfə paytaxt sakinlərinin görüşünə gələcək tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrın rejissoru Allahverdi Musayev tərəfindən hazırlanıb. Ardını oxu »

Yeni dərs ilində 217 məktəbdə 483 təmayül sinfi açılacaq

2017-2018-ci dərs ilində ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin tabeliyindəki 233 məktəbdə 454 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib. Təmayül istiqamətləri üzrə tədris planlarında həftəlik 30 dərs saatı müəyyən olunub. Ardını oxu »

Türkiyədə üçüncü nüvə elektrik stansiyası tikiləcək

Türkiyədə üçüncü nüvə elektrik stansiyası böyük ehtimalla Trakiyada tikiləcək.

Trend-n məlumatına görə, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak CNNTurk telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, stansiyanın tikilməsi üçün bu yerin seçilməsi yüksək enerji sərfiyyatı və kiçik istehsal həcmi ilə bağlıdır. Ardını oxu »

Xəzər Rayon İcra Hakimiyyətinin başçı Gülağa İslamovun rəhbərlik etdiyi nemayəndə heyəti Polşa Respublikasında səfərdə olmuşdular

 7-13 iyun 2018-ci tarixlərində Xəzər Rayon İcra Hakimiyyətinin başçı Gülağa İslamovun rəhbərlik etdiyi nemayəndə heyəti Polşa Respublikasının Nadajın qminasına səfər etmişdilər.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Polşa Respublikasındakı səlahiyyətli səfiri Həsən Həsənovun iştirakı ilə Nadajın qminasında rəsmi görüş keçirilmişdi.  Görüşdə Xəzər RİH nümayəndələri, Nadajın qminasının rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Ardını oxu »

Gədəbəy rayon Mədəniyyət mərkəzində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir

Gədəbəy rayon Mədəniyyət mərkəzində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini, RİH başçısının vəzifəsini icra edən Qüdrət Paşayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

Ardını oxu »

Quzanlıda qəsəbədaxili küçələr yenidən qurulur

“Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Quzanlı qəsəbəsinin daxili yollarında asfalt-beton işlərinin görülməsi üçün yol yatağının işlənməsi işləri sürətlə davam etdirilir. uzunluğu 1680 metr olan və 5 küçəni birləşdirən yolun abadlaşdırılması qəsəbə sakinlərinin müraciətləri əsasında həyata keçirilir.
Hazırda 8.400 kv.m ərazidə asfalt qatının vurulması üçün yol yataq işlərinin hazırlanması işi həyata keçirilir.

Ardını oxu »

Samux rayonunda “Ramazan bayramı” münasibəti ilə xeyriyyə tədbiri keçirildi

Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory