İyun 16, 2018

Elmar Məmmədov: Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı

Xalqımız Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə özbaşınalığın, xaosun baş alıb getdiyi, vətəndaş müharibəsinin və azadlığın itirilməsi təhlükəsinin yarandığı bir vaxtda özünün xilaskarı kimi ulu öndər Heydər Əliyevi görürdü. Hamı yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız Heydər Əliyev ala bilərdi. Ardını oxu »

Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” azadlığa buraxıldı

“İqla” zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs olunan separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayan azadlığa buraxılıb. 

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, bu gün Ermənistan Ali Məhkəməsi parlamentin 11 deputatı tərəfindən təqdim edilmiş zəmanətə əsasən, onu azadlığa buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Samvel Babayan məhkəmənin qərarı ilə ötən ilin noyabrında 6 il azadlıqdan məhrum edilmişdi.  Ardını oxu »

“Əlverişli atmosferin yaradılması Qarabağ münaqişəsinin həlli üçün vacibdir”

“Əlverişli atmosferin yaradılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib zəmindir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Moskvada Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşınyanla görüşünün Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə aparılan danışıqlar prosesinin fəallaşmasına təkan verib-verməyəcəyi barədə sualı cavab verən Rusiya XİN rəsmisi əlverişli atmosferin yaradılmasının danışıqlar prosesinin irəli getməsinə yardım etdiyini söyləyib: Ardını oxu »

Qazaxda barama tədarükü uğurla davam edir

Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev cənablarının baramaçılığın inkişafına dair verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində uğurla icra edilir. Bütün bölgələrimizdə olduğu kimi, Qazaxda da bu sahənin inkişaf etdirilməsi üçün əməli tədbirlər görülür.

Ardını oxu »

Akim Abbasov küçəsində “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 3 nömrəli bina sakinlərin istifadəsinə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Pilot layihə” kimi azmərtəbəli, qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı ölkədə uğurla həyata keçirilir. Layihə yaşayış üçün yararsız və qəzalı olan, şəhərin görünüşünə xələl gətirən evlərin sökülərək on minlərlə sakinin daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti ilə təmin etməklə yeni inşa ediləcək binalara köçürülməsini nəzərdə tutur. Ardını oxu »

Gəncənin Hacıkənd qəsəbəsində yeni “Nizami Gəncəvi: sələflər və xələflər” parkının açılışı olub

Gəncə sakinləri və şəhərə gələn qonaqların əvəzolunmaz istirahət məkanı olan Hacıkənd qəsəbəsi günü-gündən öz simasını dəyişir. Burada mövcud olan yerli əhəmiyyətli tarixi abidələr təmir olunur, yeni istirahət guşələri yaradılır. Azərbaycanın milli mənəvi dəyərlərinin qorunması, tarixnin yaşadılması, mədəniyyətinin təbliği istiqamətində də bir sıra işlər həyata keçirilir. Hacıkənd qəsəbəsində yeni istifadəyə verilən “Nizami Gəncəvi: sələflər və xələflər” parkı da məhz bu amala xidmət edəcək. Ardını oxu »

Milli Qurtuluş Günü şərəf tariximizdir

Ölkəmizin hər yerində olduğu kimi Şəkidə də 15 İyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilir.

Tədbirlərdə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunur, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldiyi vurğulanır. Ardını oxu »

Arxiv
Təqvim
Statistika
  • 0
  • 20
  • 15
  • 806
  • 2,680
ILK-10 Azeri Website Directory