İyul 2018

Qurucu Prezident

Bizim siyasətimiz xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, ­inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 ildə çox böyük və şərəfli yol keçmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Klassiklərdən birinin təbirincə desək, xalqlar əhalisinin sayı ilə deyil, bəşəriyyətə bəxş etdikləri dühalarla böyük olurlar. Ardını oxu »

Korrupsiyada ittiham olunan 184 şəxs barəsində 115 cinayət işi məhkəmələrə göndərilib

Bu ilin I yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. 

APA-nın məlumatına görə, bu barədə Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib. Ardını oxu »

İsa Həbibbəyli: “Orfoqrafiya qaydaları haqqında obyektiv qərarlar qəbul ediləcək”

“Orfoqrafiya qaydalarına aid müzakirələr 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayının sonlarınadək davam etdirilib. Müzakirələrdə 300 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak edib. Müzakirələrdə iştirak edənlərin içərisində kənd müəllimindən jurnalistlərimizə, yazıçılara və elm adamlarına, sosial şəbəkələrin nümayəndələrinə qədər cəmiyyətin ən müxtəlif təbəqələri təmsil olunub”.  Ardını oxu »

Mədəniyyət naziri ölkəmizdə səfərdə olan fransalı jurnalist, yazıçı Jerar Kardonla görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan fransalı jurnalist, yazıçı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardonla görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonağı səmimiyyətlə salamlayan Əbülfəs Qarayev bu səfərin Azərbaycan haqqında, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı barədə onda daha dolğun təəssürat yaradacağına ümidvar olduğunu deyib. Ardını oxu »

Biləsuvar pambıqçıları ili yüksək məhsuldarlıqla başa vurmağı qarşılarına məqsəd qoyublar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 26 mart 2018-ci il tarixdə  Bərdə  rayonunda keçirilən pambıqçılığın inkişafına dair müşavirədə cənab Prezident bu sahənin ölkəmizin inkişafı üçün çox önəmli bir sahə olduğunu qeyd edərək, respublikamızda pambıqçılığın daha da  inkişaf etdirilməsini, məhsuldarlığın artırılmasını qarşımıza konkret vəzifə olaraq qoymuşdur. 

Ardını oxu »

Yardımlı rayon icra hakimiyyətinin başçısı Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir

RİH-nin başçısı,  əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə  səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov  görüş iştirakçılarını salamlayaraq bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük. Ardını oxu »

Düşmənə göz dağı – Günnüt əməliyyatı

Şərur-Sədərək istiqamətində yola çıxanlar magistral kənarında yeni vurulmuş istiqamət bildirən bir lövhəni görəcəklər. Bu, işğaldan yenicə azad olunmuş Günnüt kəndinə gedən yolu göstərən lövhədir. Düz 26 il bu yol qəlbimizdən keçib. Bugünsə qəlbimiz qürur hissi ilə dolub. Bu ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər ələ keçirilib.

Ardını oxu »

Prezidentin uğurlu Fransa səfəri: Azərbaycan-Avropa İttifaqı əlaqələri inkişaf edir

PARİSDƏ APARILAN DANIŞIQLAR, İMZALANMIŞ SAZİŞLƏR MÜNASİBƏTLƏRİN YENİ MÜSTƏVİYƏ YÜKSƏLMƏSİNƏ STİMUL VERİR

 

Məlum olduğu kimi, iyulun 19-da prezident İlham Əliyev Fransaya rəsmi səfər edib.

Fransa prezidenti Emmanuel Makronun dəvəti əsasında baş tutan səfər çərçivəsində dövlət başçısı Parisdə yüksək səviyyəli dövlət rəsmiləri, aparıcı şirkət rəhbərləri ilə səmərəli görüşlər keçirib, siyasi və iqtisadi əlaqələrin inkişafı istiqamətində mühüm danışıqlar aparıb. Ardını oxu »

Dövlət Əmək Müfəttişliyi Xidməti Ucarda seminar keçirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ucarda seminar keçirib.

Nazirlikdən verilən məlumata görə, işəgötürənlərin iştirakı ilə keçirilən tədbir “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında olub. Ardını oxu »

Xaçmazda “Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” tədbiri

“Korrupsiyaya qarşı Mübarizə Mərkəzi İctimai Birliyi” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz rayonunda “Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” adlı tədbir keçirilib. Ardını oxu »

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 104
  • 43
  • 1,300
  • 4,180
ILK-10 Azeri Website Directory