İyul 1, 2018

Azərbaycana nüfuz gətirən möhtəşəm layihələr

Dövlətin dünyadakı yeri və nüfuzu təkcə siyasi amillərlə ölçülmür. Həm də iqtisadi sahədəki nailiyyətləri, vətəndaşlarının sosial rifahı hər bir ölkə üçün beynəlxalq imic baxımından böyük əhəmiyyət kəsb edir. 

Bu gün müstəqil və qətiyyətli siyasi kursla beynəlxalq aləmdə yüksək nüfuzu olan Azərbaycana həm də həyata keçirdyi enerji siyasətinə, bölgədə reallaşdırdığı qlobal nəqliyyat layihələrinə görə ehtiramla yanaşırlar. Ardını oxu »

“Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir”

“Tədbirin Qarabağda keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir”.

“Azərbaycan və Rusiya arasında yaxınlaşma vektoru ilə növbədə Azərbaycan və Rusiya prezidentləri arasındakı münasibətlərə, strateji tərəfdaşlıq kursuna əsaslanır”.  Ardını oxu »

Növbəti həqiqi hərbi xidmətə çağırış başladı

Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

APA-nın məlumatına görə, prezident İlham Əliyev mayın 30-da Azərbaycan vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Ardını oxu »

Ağdaş rayonunda taxıl biçini davam edir

2018-ci ilin məhsulu üçün rayonda 10482 hektarı arpa, 3748 hektarı buğda olmaqla 14230 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən illə müqayisədə 2231 hektar çoxdur. Hazırda biçin işləri davam etdirilir. Sahələrdə taxıl biçininə gündəlik 18-20 kombayn cəlb edilmişdir. Bu günədək ümumilikdə rayon üzrə 8481 hektarı arpa, 2072 hektarı buğda olmaqla 10553 hektar sahədə biçin aparılmaqla taxıl əkilmiş sahənin 74 faiz hissəsində biçin işləri başa çatdırılmışdır. Ardını oxu »

“Dağlıq Qarabağ mütləq Azərbaycana qaytarılmalıdır”

“Bu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən abadlıq, inkişaf və quruculuqdan başqa heç nə görmürəm və bu, bizi məmnun edir”.

APA-nın məlumatına görə, bunu bu gün Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakim “Vahid Rusiya” Partiyasının üzvü Dmitriy Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransda bildirib.  Ardını oxu »

Nəsimi rayonunda Azərbaycan Polis günü münasibətilə tədbir keçirilmişdir

İyulun 2-də Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir. Həmçinin ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Ardını oxu »

İran Milli Orkestri Gəncədə konsert verib

İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirinin başçılıq etdiyi nümayəndə heyəti, habelə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin tamaşaçı qismində qatıldığı gecədə Şərq-İran musiqisinin ən gözəl nümunələri səsləndirilib. Ardını oxu »

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 44
  • 11
  • 717
  • 3,156
ILK-10 Azeri Website Directory