İyul 4, 2018

Bütün bölgələrində elektrik enerjisinin verilişi bərpa olundu – Yenilənib

Azərbaycanın bütün bölgələrində enerji təminatı bərpa olunub.   

APA-nın xəbərinə görə, Bakının bütün rayonlarına, habelə respublikanın digər şəhər və rayonlarına elektrik enerjisinin verilişi təmin olunub.

“Azerenerji” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.  Ardını oxu »

Baş Prokurorluq, DİN və DTX Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə məlumat yaydı

2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.  Ardını oxu »

Sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı

Regionun lider dövləti olan Azərbaycan öz siyasi dəst-xətti, inkişafı və beynəlxalq nüfuzu ilə bu statusu layiqincə daşıdığını təsdiq edib.

Bu gün Cənubi Qafqazı əhatə edən beynəlxalq layihələri Bakının maraqlarını nəzərə almadan həyata keçirmək mümkün deyil. Ardını oxu »

Prezident Administrasiyası: “Hökumət ölkənin və əhalinin təhlükəsizliyini, cəmiyyətin normal həyat ritmini təmin etmək iqtidarındadır”

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Mingəçevirdəki İES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, Gəncə şəhərində törədilən cinayət hadisəsi və bəzi müxalif dairələrin bundan məqsədyönlü şəkildə yararlanmağa cəhd göstərmələri barədə məlumat yayıb. AZƏRTAC məlumatı təqdim edir. Ardını oxu »

Səyyar “ASAN xidmət” Pirallahıda

Pirallahı rayonunun sakinləri növbəti dəfə səyyar “ASAN xidmət”in fəaliyyətindən yararlana bilərlər. Belə ki, səyyar “ASAN xidmət” iyulun 4-dən 15 gün müddətində Pirallahı rayonunda fəaliyyət göstərəcək. Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Ardını oxu »

Ərdoğanın Azərbaycana səfərinin vaxtı dəqiqləşdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçmə mərasimindən sonra ilk xarici səfərlərini hansı ölkələrə edəcəyi açıqlanıb. 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, R. T. Ərdoğan iyulun 10-da əvvəlcə Şimali Kipr, daha sonra Azərbaycana səfər edəcək.  Ardını oxu »

Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda vətəndaşları qəbul edəcək

İyulun 20-də Lənkəranda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vətəndaşları fərdi qaydada qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, görüşdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri iştirak edə bilər. Ardını oxu »

Göygöl rayonunda çağırışçılar mütəşəkkil şəkildə hərbi xidmətə yola salındılar

Göygöl Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl rayonu üzrə vətəndaşların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Qanunvericilikdə nəzərdə tutulmuş Silahlı Birləşmələrinə, habelə Xüsusi Birləşmələrə Həqiqi Hərbi Xidmətə yola salınma mərasimi keçirildi.

Ardını oxu »

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI BOTANİKA İNSTİTUTU

İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə İnstitutu  ilə
AMEA Botanika İnstitutu arasında elmi əlaqələr genişlənir.

AMEA Botanika İnstitutunun direktoru, akademik, prof. Validə Əli-zadə və Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayeva İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Davamlı Bitki Mühafizə İnstitutunda səfərdə olmuşlar. Ardını oxu »

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI BOTANİKA İNSTİTUTU

AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

Qafqazın, o cümlədən Azərbaycanın bitki müxtəlifliyinin mühafizəsi və davamlı istifadəsi üzrə Kyu Kral Botanika Bağları ilə AMEA Botanika İnstitutu arasında imzalanmış Memorandum çərçivəsində həyata keçirilən beynəlxalq elmi layihələr və əməkdaşlıq münasibətləri uğurla davam etdirilir.

Ardını oxu »

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 242
  • 107
  • 1,464
  • 3,993
ILK-10 Azeri Website Directory