İyul 6, 2018

İsmayılbəyli kəndində növbəti səyyar-qəbul görüş oldu

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş İsmayılbəyli kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər. Ardını oxu »

Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi

 Salyan rayon Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT İnkişaf Proqramı və Coca-Cola Fondunun birgə əməkdaşlığı ilə “Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi” layihəsi çərçivəsində “Dayanıqlı inkişaf naminə rayon qadınlarının liderliyi və iqtisadi fəallığının təşviqi” mövzusunda qadınların Regional konfransı keçirilmişdir. Ardını oxu »

Qazaxda arpa biçini uğurla davam edir

 Xəbər verdiyimiz kimi, respublikamızın hər yerində, o cümlədən də Qazax rayonunda taxıl biçininə başlanılıb. Rayonda cari ilin məhsulu üçün 12 min 629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 hektarda arpa əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.

Ardını oxu »

İlham Əliyevin Ermənistan üzərində növbəti diplomatik uğuru

Rusiyanın Azərbaycanla sıx hərbi siyasi münasibətləri işğalçı ölkədə narahatlıq yaradıb.

Azərbaycanın uğurlu gedişləri, Prezident İlham Əliyevin rasional, məqsədyönlü siyasəti bu gün işğal siyasətinə görə Ermənistanın tam təcrid vəziyyətinə düşməsinə gətirib çıxarıb. Hətta hamiləri belə yavaş-yavaş bu işğalçı ölkədən imtina etməyə başlayıblar. Rəsmi Bakı ən yüksək səviyyədə bildirir ki, Ermənistanın düşdüyü bu ağır vəziyyətin əsas səbəbi məhz işğal faktorudur və bu davam etdikcə Yerevan blokada vəziyyətində qalacaq. Ardını oxu »

“Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyllidir”

“Təəssüflə qeyd edirəm ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişənin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur. Serj Sarkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan XİN gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir”. Ardını oxu »

Yeni Günəşli yaşayış sahəsində şahmat məktəbinin açılışı olub

Suraxanı rayonu Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, şahmat məktəbi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib.

Ardını oxu »

Samuxda üzümçülüyün inkişafı diqqət mərkəzində saxlanılır

Azərbaycan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyarlardan biridir. Tarixi qaynaqlara görə, hələ eramızdan əvvəl X əsrdə ölkəmizin bir çox bölgələrində geniş üzüm bağları mövcud idi.

Üzümdən şərab, doşab, abqora, kişmiş, sirkə və s. məhsullar hazırlanırdı. Üzümçülük indi də respublikamızda aqrar sahənin ən gəlirli sahələrindəndir. Ardını oxu »

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 44
  • 11
  • 717
  • 3,156
ILK-10 Azeri Website Directory