Azərbaycanda zəncirvari qəza: 2 ölü, 2 yaralı

Bakı-Qazax magistralında iki minik və bir yük maşını toqquşub

\r\n

Bakı-Qazax magistral avtomobil yolunda iki nəfərin ölümü, iki nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisəötən axşam saat 22 radələrində yolun 360-cı kilometrliyində, Goranboy rayonunun Goran qəsəbəsində qeydə alınıb. Goranboy sakini 1984-cü il təvəllüdlü Rəşad Həsənovun idarə etdiyi 05-CG-489 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn 05-AC-255 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində yol bağlandığıüçün hərəkətdə olan 10-RT-689 dövlət nömrə nişanlı “Mersedes” markalı maşının sürücüsü, Quba sakini 1990-cı il təvəllüdlüŞaiq Süleymanov avtomobilini yolun ortasındakı “KAMAZ”a çırpıb. Nəticədə “VAZ 2107”nin sürücüsü Rəşad Həsənov və sərnişini Mübariz Tağıyev dünyasını dəyişib, sərnişin Fariz Abbasov və “Mersedes”in sürücüsüŞaiq Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “KamAz”ın sürücüsü isə hadisə yerindən qaçdığıüçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

\r\n

 Magistral yol bir müddət bağlı qalsa da sonradan nəqliyyatın hərəkəti bərpa edilib.

\r\n

\r\nHazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır. 

\r\n

                                                                                     Mahir Məmmədli

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 38
  • 19
  • 1,322
  • 4,279
ILK-10 Azeri Website Directory