Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 31 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir

\r\n

1. Ümumi müddəalar

\r\n

1.1.  Bu qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinəəsasən hazırlanmışdır və  əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.

\r\n

1.2. Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.

\r\n

1.3. Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlillər və sağlamlıq imkanları məhdud uşaqlar ayrıca qeydə alınırlar.

\r\n

1.4. İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.

\r\n

2. Evdə (səyyar) sosial xidmət göstərilməsi  üçün müraciət edilməsi

\r\n

2.1.  Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə (bundan sonra – Mərkəz) ərizə ilə müraciət edirlər.

\r\n

2.2. Sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmışüzvlərindən biri və ya şəxsin (ailənin) maraqlarıçərçivəsindəşəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün Mərkəzə müraciət edə bilər.

\r\n

2.3. Sosial xidmətin göstərilməsi barədə müraciət Mərkəzə daxil olduğu gündən sonra, 10 (on) iş günü müddətində sosial işçi tərəfindən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi aparılır və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündəəks etdirən hesabat vəşəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.

\r\n

2.4. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən sonra, 5 (beş) iş günü müddətində Mərkəz tərəfindən sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur.

\r\n

3. Evdə (səyyar) sosial xidmətin təşkili

\r\n

3.1.  Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

\r\n

3.2.  Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

\r\n

3.2.1. sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;

\r\n

3.2.2. qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların vəəlillərin internat evinə, sağlamlıq imkanları  məhdud uşaqlara müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;

\r\n

3.2.3. əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidməti göstərmək;

\r\n

3.2.4. sağlamlıq imkanları  məhdud uşaqların gündəlik həyatda lazım olan  vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;

\r\n

3.2.5. sağlamlıq imkanları  məhdud uşaqların  sosial uyğunlaşmasına dəstək vermək;

\r\n

3.2.6. sağlamlıq imkanları məhdud uşaqların inkişafıüçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;

\r\n

3.2.7. ailənin sosial inklüziyasına köməklik göstərmək;

\r\n

3.2.8. sağlamlıq imkanları  məhdud uşaqların ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək.

\r\n

3.3.  Sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

\r\n

3.3.1. yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);

\r\n

3.3.2. özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;

\r\n

3.3.3. şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;

\r\n

3.3.4. yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq vəütüləmək;

\r\n

3.3.5. yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;

\r\n

3.3.6. paltarların xırda təmirini etmək;

\r\n

3.3.7. mənzili yığışdırmaq və təmizləmək;

\r\n

3.3.8. zəruri  ərzaq, sənaye və məişət mallarını  almaq;

\r\n

3.3.9. mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;

\r\n

3.3.10. istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;

\r\n

3.3.11. həyətyanı sahəni nizama salmaq;

\r\n

3.3.12. evə həkim  çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;

\r\n

3.3.13. sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.

\r\n

3.4. Sosial işçi xidmətə götürülmüşşəxsə fərdi plana uyğun olaraq xidmət göstərir. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara xidmət göstərilməsi vaxtı reabilitasiya xidmətinin növündən asılı olaraq tərəflərin razılığı ilə müəyyən edilir.

\r\n

3.5. Evdə(səyyar) sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) evlərdə (səyyar) sosial xidmət zəmanət verilmiş həcmdəödənişsiz göstərilir.

\r\n

3.6. Qismən ödənişli və tam ödənişli sosial xidmət tərəflər arasında bağlanmış sosial xidmət müqaviləsi əsasında həyata keçirilir.

\r\n

3.7.  Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:

\r\n

3.7.1. qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi iləəlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda;

\r\n

3.7.2. sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda;

\r\n

3.7.3. tənha ahıllar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;

\r\n

3.7.4. əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası başa çatdıqda;

\r\n

3.7.5. sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə.

Şərhini bildir

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory