Ali Məhkəmənin plenumu: Azərbaycanda valideynlərin və yaxın qohumların uşaqla ünsiyyət hüququ ilə bağlı işlərə baxılarkən məhkəmələr bəzi nöqsanlara yol verir

APA-nın Ali Məhkəmənin saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən məhkəmə sədri Ramiz Rzayev bildirib ki, son illər ailə problemlərinin həllinə yönələn və uşaq hüquqlarının müdafiəsinə həsr olunan fundamental qanunvericilik bazası yaradılıb, bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ali Məhkəmənin sədri qeyd edib ki, beynəlxalq təcrübə nəzərə alınmaqla “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlar qəbul olunub. Eyni zamanda, Azərbaycan bir sıra beynəlxalq sazişlərə, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına və həmin konvensiyanın “Uşaq alverinə dair” fakültativ protokoluna qoşulub.\r\n\r\nPlenumda “Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” məsələ respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş müzakirə edilib.\r\nMüəyyən edilib ki, uşaq hüquqlarının qorunması və onlara qayğı göstərilməsi sahəsində qanunlara əməl olunsa da, valideynlərin və yaxın qohumların uşaqla ünsiyyət hüququ ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəfindən müəyyən xarakterli bəzi nöqsanlara yol verilir.\r\nPlenum valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul edib.\r\nPlenumda Ali Məhkəmənin emblemi təsdiq olunub, konkret cinayət işlərinə və mülki işlərə də baxılıb. Plenum, həmçinin müzakirə olunan məsələ və baxılan işlər barədə müvafiq qərarlar qəbul edib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory