Oxucuların suallarına cavab verir

Biz üç bacıyıq. Atamız vəfat edib. Mən atamdan qalan evə olan payımdan hər iki bacımın xeyrinə imtina etmək istəyirəm. Əgər bu mümkündürsə, onda payım necə bölünəcək?\r\n\r\nZamirə Nəcəfli,\r\n\r\nBakı şəhəri\r\n\r\n- Mirası qəbul etmək və ya onun qəbulundan imtina etmək sizin hüququnuzdur. Siz bacılarınızın hər birinin payını ayrıca göstərməklə, mirasdan onların hər ikisinin xeyrinə imtina edə bilərsiniz. Əgər imtina ərizənizdə, belə bir bölgünü göstərməsəniz, onda sizin payınız bacılarınız arasında bərabər bölüşdürüləcəkdir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 1264-cü maddə).\r\n\r\nQanunla vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir (həmin məcəllə, 1256-cı maddə).\r\n\r\nƏrim vəfat edib. Oğlum universitetin qiyabi şöbəsində təhsil alır. Eşitdiyimə görə, ölən şəxsin təhsil alan uşaqlarına təhsil müddətində pensiya verilir. Bu doğrudur?\r\n\r\nS.Tağızadə,\r\n\r\nİsmayıllı rayony\r\n\r\n- “Əmək pensiyaları haqqında” qanunun 14.1.1.3-cü maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladlarının (lakin ən çoxu 23 yaşına çatanadək) ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır.\r\n\r\nGöründüyü kimi, oğlunuz texnikumun qiyabi şöbəsində təhsil aldığından “Əmək pensiyaları haqqında” qanunun 14.1.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malik deyildir.\r\n\r\nCavablandırdı:\r\n\r\nDünyamin NOVRUZOV,\r\n\r\nBakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 96
  • 23
  • 947
  • 4,936
ILK-10 Azeri Website Directory