Mingəçevir-Yevlax yolunda zəncirvari qəza: 3 ölü (VİDEO)

Qəzada 4 avtomobil toqquşub, 3 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb *** 2013-03-21; 17:38 (APA, ATV) Mingəçevir-Yevlax avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə martın 21-də günorta saatlarında Yevlax rayonunun Gülövşə kəndi ərazisində qeydə alınıb. Yolda hərəkətdə olan 4 avtomobil – 1937-ci il təvəllüdlü Abdullayev Zülfi Məmməd oğlunun idarə etdiyi 63 BB 097 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını, 1958-ci il təvəllüdlü Bəşirov Tomis Sırac oğlunun idarə etdiyi 55 BJ 143 dövlət nömrə nişanlı, “VAZ 2103” markalı minik maşını, Həsənov Məsləhət Bəkir oğlunun idarə etdiyi 45 BF 618 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı maşın və “Azenco” Tikinti Şirkətinə məxsus, Eyvazov Rəcəb Əli oğlunun idarə etdiyi 10 JZ 886 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını toqquşub. Hadisə nəticəsində 3 nəfər – Bəşirov Tomis Sırac oğlu, Abdullayev Zülfi Məmməd oğlu və şəxsiyyəti hələ ki, məlum olmayan bir qadın dünyasını dəyişib, Elbrus Qasımov, İsaq Hüseynov və Məsləhət Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.\r\n\r\n \r\n\r\nhttp://www.youtube.com/watch?v=ZOtol7kL8uY&feature=player_embedded\r\n

Aqşin Rafiqoğlu

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 88
  • 16
  • 712
  • 3,287
ILK-10 Azeri Website Directory