Mir Şahin: “Berezovski öldü. Görən məqsədi nə idi?” (VİDEO)

“Vladimir Putinin vəziyyətdən necə çıxacağı ən azı çox mürəkkəb bir maraqlılıq vəd edir”\r\n\r\n(Mir Şahin, “Hesabat”) Berezovski öldü! Taleyran öləndə, peyda olan bir sualı xatırladım. Görəsən onun məqsədi nə idi? Sadəcə ölməkmi? Berezovski elə belə ölən adama oxşamır. Boris Berezovski ilə bir jurnalist kimi ilk görüşüm 1999-cu ildə olub. O, mənə çevik, boynunu azca sola, ya da sağa əyərək gəzişən, hiyləgər təbəssümü ilə daha çox düşüncələrini gizlətməyə çalışan, bəzi hərfləri yəhudilərə malik bir şirinliklə tələffüz edən, kameraya işləməyi bacaran birisi təsiri bağışlamışdı. Moskvanın mötəbər guşələrindən birində, bir az da XIX əsr kilsələrini xatırladan iqamətgahında biz onunla Heydər Əliyev haqqında danışırdıq. Biz Boris Berezovskininin qılıncının, daha doğrusu, pulunun dalı da, qabağı da kəsən zamanlarda görüşürdük.\r\n\r\nBerezosvki ilə bu müsahibəni götürəndə, nə onun biznes partnyoru Badri Patarkasişvili müəmmalı şəkildə ölmüşdü, nə Litvinenkonun tapmacalı vəfatı baş vermişdi. Boris elə mənim kimi 49 yaşında idi. O, irəlidən hələ yəqin ki, çox şey gözləyirdi. Amma elə çox şeyi də gözləmirdi. Məsələn, beş-altı il sonra özünün də belə bir sonluğa uğrayacağını, “Dumanlı albion”un özü kimi elə dumanlı bir ölümə düçar olacağını.\r\n\r\nBoris Berezovski Yeltsinin hakimiyyətə gəlişinə kömək etmişdi. Sahibi olduğu ORT kanalı və digər kütləvi informasiya vasitələri ilə. Onun prezident seçkisini demək olar ki, təkbaşına maliyyələşdirmişdi. Elə Vladimir Putini də qərb mətbuatında bir çoxları onun layihəsi adlandırır. Putini Yeltsinin ətrafı məhz onun xahişi ilə hakimiyyətə gətirmişdi. Bunu yazan qərb mətbuatı da onu da bildirir ki, Boris Berezovski Putinin hakimiyyətə gəlişindən sonra əslində Rusiyanı altdan-altdan özünün idarə edəcəyini güman edirmiş. Lakin Rusiya KQB-sinin yetirməsi Berezosvkinin gözlədiyi adam olmadı. Putin əvvəlcə ORT-ni və Borisin malik olduğu digər media strukturlarını onun əlindən aldı. Daha sonra Rusiya dövləti Berezovski dövlətinə qarşı müharibə elan etdi. Rusiyanı zakonların yox, ponyatiyaların idarə etdiyini deyən Berezovski isə Putinə qarşı açıq müxalifətə keçdi. Sonra isə Londona mühacirət etdi. Kremlin bütün cəhdlərinə baxmayaraq, Britaniya məhkəməsi oliqarxı geri qaytarmadı. Onun bu ölkədə siyasi sığınacaq alması isə Rusiya-Britaniya münasibətlərini soyuq müharibə həddinə saldı. Berezovski Putinə qarşıdurmada dayanan Rusiya müxalifətinin böyük bir qolunu maliyyələşdirdi. Son zamanlar isə oliqarx ciddi maliyyə böhranı ilə üzləşmişdi. O, digər rusiyalı oliqarx Abramoviçlə məhkəmə çəkişməsində sarsıdıcı məğlubiyyətə uğradığından, hətta vəkillərə ödəməyə belə vəsait tapa bilmirdi. Ətrafı milyonçunun siyasi mübarizədən artıq yorulduğunu deyirdi.\r\n\r\nBerezovski martın 23-də qəflətən vəfat etdi. Onun ölümü də bir neçə il əvvəl qaranlıq şəraitdə dünyasını dəyişmiş Aleksandr Litvinenkonun ölümü kimi çoxlu müəmmalar yaratdı. Litvinenko haqqında kiçik bir arayış. KQB-nin polkovniki olan bu adam 1998-ci ildə verdiyi sensasiyalı bəyanatla məşhurlaşmışdı. O demişdi ki, onun rəhbərliyi Boris Berezovskini öldürmək əmri verib. Bunun ardınca onun barəsində bir neçə cinayət işi açıldı və o da öz ailəsi ilə birlikldə Britaniyaya köçərək burada siyasi sığınacaq aldı və az sonra da elə Britaniyada da vəfat etdi. Britaniya Səhiyyə Mühafizəsi Agentliyi onun qanında poloniy radioaktiv elementi aşkar etdi və bununla da, Litvinenkonun öldürülməsi ehtmalı dövriyyəyə buraxıldı.\r\nBoris Berezovski də Britaniyada vəfat etdi. Özü də Putinə bağışlanmaq və Rusiyaya qayıtmaq istədiyini rəsmən bildirəndən sonra.\r\n\r\nBelə çıxır ki, Berezovskinin də ölümü hələ uzun müddət sadəcə əcəl kimi qiymətləndirilməyəcək. Vladimir Putinin vəziyyətdən necə çıxacağı isə ən azı çox mürəkkəb bir maraqlılıq vəd edir. Bir zamanlar Rusiya Təhlükəsizlik Şurasının katibi, MDB-nin icraçı katibi olmuş, Yeltsini və Putini hakimiyyətə gətirmiş milyarder Berezovskinin son zamanlar düşkün bir vəziyyətdə olduğunu deyirlər. Ölümündən bir qədər əvvəl verdiyi müsahibədə isə o, artıq həyatın mənasını itirdiyini deyibmiş. İndi isə həyatının özünü itirdi…\r\n\r\n\r\nhttp://www.youtube.com/watch?feature=player_embedded&v=qv1iK6n2cS4

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 44
  • 11
  • 717
  • 3,156
ILK-10 Azeri Website Directory