Oxucuların suallarına cavab verir

Heç bir yerdə işləmirəm. Qızımın 3 yaşı tamam olub, amma uşağın anadan olmasına görə müavinət almamışam. Doğum haqqında şəhadətnaməsi də var. İndi həmin pulu ala bilərəm?\r\n\r\nSəltənət Fətəliyeva,\r\n\r\nNaftalan şəhəri\r\n\r\n- “Sosial müavinətlər haqqında” qanunun 4.0.2.2-ci maddəsi uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsini nəzərdə tutur. Həmin qanunun 7.0.12-ci maddəsinə əsasən, uşağın anadan olmasına görə müavinət – müvafiq icra hakimiyyəti orqanı (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində) tərəfindən verilmiş arayış təqdim edildikdə təyin edilir. Həmin qanunun 9.3-cü maddəsinə əsasən, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Qanunun 10.1-ci maddəsinə uyğun olaraq, müavinətlər (işsizlik müavinəti istisna olmaqla) şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları (müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini 4.0.1.7-ci, 4.0.2.2-ci və 4.0.2.3-cü maddələr üzrə sığortaolunanlara münasibətdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri, digər hallarda isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzləri) tərəfindən təyin edilir və ödənilir.\r\n\r\nSiz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin müvafiq (yəni, qeydiyyatda olduğunuz yaşayış yeri üzrə) şəhər (rayon) əhalinin sosial müdafiəsi mərkəzinə müraciət edərək zəruri sənədləri (ərizə, ailə tərkibi barədə yaşayış yerindən arayış (işləməməniz qeyd olunmaqla), şəxsiyyət vəsiqənizin surəti, DSMF-dən sosial sığorta ödəyicisi olmamanız barədə arayış, rayon qeydiyyat şöbəsinin doğum haqqında arayışı (VVADQ) və uşağın doğum haqqında şəhadətnaməsi) təqdim etməklə uşağın doğulmasına görə birdəfəlik müavinət ala bilərsiniz.\r\n\r\nPay torpaqları satılarkən necə qiymətləndirilir? Nə qədər dövlət rüsumu ödənilir və bu xərci kim çəkməlidir – alıcı, yoxsa satıcı?\r\n\r\nValid Bahadurov,\r\n\r\nQuba rayonu\r\n\r\n- Pay torpaqğının qiymətini satıcı və alıcı müqavilə azadlığı prinsipinə uyğun olaraq sərbəst şəkildə müəyyənləşdirirlər. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsi). “Dövlət rüsumu haqqında” qanuna (10.1.1, 10.1.2 və 26.1.1-ci maddələr) görə, əgər torpaq sahəsi ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə, 20 manat dövlət rüsumu ödənilir. Əgər torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə keçirsə, dövlət rüsumunun məbləği Bakı şəhərində 200 manat, digər şəhər və rayonlarda 80 manat təşkil edir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu ödənilir.\r\n\r\nCavablandırdı:\r\n\r\nDünyamin NOVRUZOV,\r\n\r\nBakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 314
  • 206
  • 1,070
  • 4,121
ILK-10 Azeri Website Directory