Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

№ 63 Bakı şəhəri, 11 aprel 2013-cü il\r\n\r\n”Milli mədəniyyət sərvətlərinin mühafizəsinin, kənara çıxarılmasının və onlardan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 204 nömrəli qərarında dəyişikliklər edilməsi barədə\r\n\r\n”Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli 805 nömrəli fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:\r\n\r\n1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli 204 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 625; 2000, № 5, maddə 365; 2005, № 6, maddə 536, № 12, maddə 1235; 2006, № 5, maddə 463; 2007, № 10, maddə 1012; 2008, № 4, maddə 319) aşağıdakı dəyişikliklər edilsin:\r\n\r\n1.1. həmin qərarla təsdiq edilmiş “Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları”nın 4-cü, 8-ci (ikinci cümlədə) və 9-cu (birinci cümlədə) hissələrində birinci halda “Qoruğu” sözü “və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları” sözləri ilə əvəz edilsin;\r\n\r\n1.2. həmin qərarla təsdiq edilmiş “Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları”nın 7-ci və 8-ci hissələrində birinci halda “Qoruğu” sözü “və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları” sözləri ilə əvəz edilsin.\r\n\r\nArtur RASİ-ZADƏ,\r\n\r\nAzərbaycan Respublikasının Baş naziri

Şərhini bildir

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 75
  • 18
  • 595
  • 2,524
ILK-10 Azeri Website Directory