Azərbaycanda möhtəşəm musiqi sarayı tikiləcək (FOTO)

Sarayda müxtəlif musiqi tədbirlərini keçirmək mümkün olacaq Gəncə şəhərində möhtəşəm musiqi sarayı – filarmoniyanın tikintisi planlaşdırılır. Lent.az-ın məlumatına görə, bir müddət əvvəl Gəncə şəhərindəki köhnə filarmoniya binası sökülüb. Şəhərdə daha böyük və möhtəşəm musiqi kompleksinin tikintisi nəzərdə tutulub. Burada müxtəlif musiqi tədbirlərini keçirmək mümkün olacaq. Kompleksdə həm də musiqi məktəbinin, dərnəklərin fəaliyyət göstərməsi, musiqi alətləri emalatxanasının və s. olması da planlaşdırılır. Lent.az-a verilən digər məlumata görə, köhnə filarmoniya Gəncədə çayın kənarında qəzalı binada yerləşirdi. Yeni kompleks isə şəhərin mərkəzində köhnə Bakı kinoteatrının binasının yerində və daha geniş ərazidə inşa olunur.   Kəmalə Məmmədova

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 12
  • 11
  • 474
  • 2,649
ILK-10 Azeri Website Directory