Şəkidə “Sərhəd” hərbi idman oyununun rayon turu keçirilmişdir

Şəki, 1 may (AzərTAc). “Şəki Sərhəd Dəstəsinin “N” saylı hərbi hissəsində “Sərhəd” hərbi idman oyununun rayon turunun yarışları keçirilmişdir.\r\nDövlət Sərhəd Xidməti, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq respublikamızın əsasən sərhədyanı rayonlarında keçirilən bu yarışlar gəncləri Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda tərbiyə etmək, onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədi daşıyır.\r\nAzərTAc xəbər verir ki, komandalar sıra hazırlığı, avtomat silahın sökülüb yığılması, maskalanma, gizlədilmiş əşyanın tapılması, ayaq izlərinin müəyyən edilməsi və digər yarışlarda bacarıqlarını nümayiş etdirmişlər. Rayon turunun qalibi olmuş Şin kənd tam orta məktəbin komandası, eyni zamanda, mayda keçiriləcək zona turunda iştirak etmək hüququ qazanmışdır. Sonrakı yerləri Aşağı Göynük və Kiş kənd məktəblərinin komandaları tutmuşlar.\r\nQalib komandalar şəhər gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 191
  • 150
  • 1,190
  • 3,246
ILK-10 Azeri Website Directory