Korrupsiyada təqsirli bilinən təhsil işçisinin cəzası yüngülləşdirildi

Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib\r\n\r\nŞəki Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Trend-in məlumatına görə, hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nəriman Səmədovun apellyasiya şikayəti qismən təmin edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Qərarda qeyd olunur ki, korrupsiya cinayətlərində ittiham olunan Nəriman Səmədovun cəzasından 1 il çıxılıb və barəsində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.\r\n\r\nNəriman Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib. İttihama görə, Qəbələ rayon sakini Məcid Həmidovun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədov tərəfindən oğlunun həyat yoldaşı Vüsalə Aslanlının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, diplomun verilməsinə görə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.\r\n\r\nMüəyyən edilib ki, Nəriman Səmədov 2012-ci ilin aprelində kollecin məzunu Aslanlının həmin təhsil müəssisəsini bitirməsinə dair diplomun verilməsinə görə qayınatası Həmidovdan 500 manat pul tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.\r\nNəriman Səmədovun xidməti otağına və yaşadığı evə baxış aparılan zaman vətəndaşın adına olan əsas təhsil haqqında şəhadətnamənin əsli, doğum haqqında şəhadətnamənin kserosurəti, üzərində vətəndaşların adlarının yazıldığı 2 ədəd zərfin içindən 900 manat məbləğində pul aşkar edilərək götürülüb.\r\n\r\nMahir Məmmədli

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 256
  • 99
  • 1,393
  • 4,284
ILK-10 Azeri Website Directory