Ekoloji qanunvericiliklə bağlı araşdırmanın nəticələri açıqlanmışdır

Bakı, 7 may (AzərTAc). Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə apardığı araşdırmanın nəticələrini açıqlamışdır.\r\nNazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, araşdırmaya əsasən, su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 133 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 60 müddətli məcburi göstəriş verilmişdir.\r\nÜmumilikdə 135 min 900 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 5 min 336,37 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 21 min 233 manat məbləğində ödəmə tətbiq edilmişdir.\r\nTədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına isə 26 iş göndərilmişdir.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 239
  • 104
  • 1,461
  • 3,990
ILK-10 Azeri Website Directory