Respublika ərazisində 2015-ci ilədək yenidən qurulan və əsaslı təmir olunan avtomobil yollarının uzunluğu 3578 kilometr təşkil edəcəkdir

Bakı, 13 may (AzərTAc). Ötən il ümumi istifadədə olan 537,2 kilometr avtomobil yolu tikilmiş və təmir olunmuşdur.\r\nAzərTAc xəbər verir ki, bunu “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov bildirmişdir.\r\nO demişdir ki, bunun 134,6 kilometri respublika, 402,6 kilometri yerli əhəmiyyətli avtomobil yoludur. İl ərzində 25 körpü istifadəyə verilmişdir.\r\n“2006-2015-ci illər ərzində respublika əhəmiyyətli 3578 kilometr, yerli əhəmiyyətli 5928 kilometr avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri, Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qaldırılması və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif yol qovşaqlarında yol ötürücülərinin və keçidlərin tikintisi nəzərdə tutulmuşdur. Hazırda bu işlər uğurla davam etdirilir.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 103
  • 67
  • 1,280
  • 3,999
ILK-10 Azeri Website Directory