Bu gün Röyanın doğum günüdür

“Tele Inform”un Axşam.az-a istinadən məlumatına görə, 31 yaşını qeyd edən sənətçi doğum günündə pərəstişkarlarına sürpriz hazırlayıb. O, bu gün ATV telekanalında yayımlanacaq “Gün keçir” verilişinə qonaq olaraq xoş anlarını sevənlərinin ətrafında keçirəcək.\r\n\r\nRöyanın yeni klipi “Günahsız günahım”ı da aparıcılığını Nanə Ağamalıyevanın etdiyi verilişdə təqdim edəcəyi gözlənilir. Müğənni klipdə rol alan “Taksi” filminin məşhur aktyoru Sami Naserini bu münasibətlə Azərbaycana gətirib.\r\n\r\nQeyd edək ki, Röya Ayxan 1982-ci il iyun ayının 14-də Qarabağın Ağdam rayonunda dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.\r\n\r\nİlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında “Bu gecə” adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda “Darıxmışam” adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı simpatiyası” nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən “İlin müğənnisi” və “İlin konserti” nominasiyaları üzrə qalib gəlib.\r\n\r\nAiləlidir. 25 oktyabr 2009-cu ildə oğlu dünyaya gəlib. Sənətçi övladının adını Hüseyn qoyub.

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 314
  • 206
  • 1,070
  • 4,121
ILK-10 Azeri Website Directory