Bakıda polis əməkdaşı bıçaqlandı Hadisə “Kaktus” restoranının qarşısında baş verib

Bakıda polis əməkdaşı bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Kaktus” restoranının qarşısında qeydə alınıb. Bakı şəhər sakini, polis serjantı, 1988-ci il təvəllüdlü Hüseynov Habil Amil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib.\r\nPolisdən bildirilib ki, hadisəni törədənin şəxsiyyəti artıq müəyyənləşib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.\r\nQeyd edək ki, H. Hüseynov Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Səbail rayon mühafizə idarəsinin əməkdaşıdır.

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 191
  • 150
  • 1,190
  • 3,246
ILK-10 Azeri Website Directory