Sərxoş kişi iki uşaq anasını öldürüb

Şamaxı rayonunda qətl hadisəsi törədilib.\r\n“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.\r\nAğdaş rayon sakini, 1968-ci il təvəllüdlü Həmidov Tələt Həmid oğlu nikahsız yaşadığı Mədrəsə qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nəzərova Qotaz İsa qızını bıçaqlayaraq öldürüb.\r\nMəlumata görə, spirtli içki qəbul edərək evə gələn Tələt Həmidov əvvəlcə qadını döyüb. Sonra onun boğazını kəsib, döş və qarın nayihəsinə 6 bıçaq xəsarəti yetirib. İki uşaq anası olan Qotaz Nəzərova hadisə yerində dünyasını dəyişib.\r\nQeyd edək ki, əvvəllər həbsdə olmuş Tələt Həmidov 1997-ci ildən bəri qadının Mədrəsə qəsəbəsindəki evində yaşayıb.\r\nFaktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 191
  • 150
  • 1,190
  • 3,246
ILK-10 Azeri Website Directory