Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı

Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı 27.07.2013Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etmişdir. Dövlət orqanları nümayəndələrinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yerli şöbəsi əməkdaşlarının, eləcə də şəhid ailələrinin və imkansızların, ümumən oruc tutanların iştirak etdiyi mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.\r\nİcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirdi. Azərbaycanda təşkil olunan iftar süfrələrinin də ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirdiyini deyən icra başçısı ulu öndər Heydər Əliyevin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlığın Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirdi. Bu tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini qeyd edən icra başçısı respublikamızda milli-mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olduğunu vurğuladı.\r\nDin xadimləri çıxış edərək müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzuladılar. Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib, ruhuna dualar oxudular.\r\nSonra iftar süfrəsi açıldı.

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory