Milli-mənəvi dəyərlərimizdən uzaq düşməyək

Qax, 2 avqust (AzərTAc). Mübarək Ramazan ayı münasibətilə Qax şəhərindəki C.Cabbarlı adına mərkəzi kitabxanada “Ramazan ayı və orucluqla tanınmış islam” mövzusunda “dəyirmi masa” keçirilmişdir.\r\nAzərTAc xəbər verir ki, ziyalıların, dindarların, gənclərin iştirak etdikləri tədbirdə mübarək Ramazan ayının əhəmiyyətindən, milli adət-ənənələrimizə göstərilən qayğıdan bəhs edilmişdir.\r\nBildirilmişdir ki, milli-mənəvi dəyərlərimizin içərisində dinin xüsusi yeri vardır. Azərbaycanda islam dəyərlərinə həmişə böyük hörmətlə yanaşılır. On bir ayın sultanı hesab olunan müqəddəs Ramazan ayı insanları təmizliyə, saflığa səsləyir.\r\nTədbirdə Ramazan ayının fəzilətlərindən söhbət açılmış, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 32
  • 11
  • 1,289
  • 4,279
ILK-10 Azeri Website Directory