Planetin ən yaşlı sakini 123 yaşını qeyd edib (FOTO)

Planetin ən yaşlı sakini 1 17.08.2013O, Boliviyadadır\r\nPlanetin ən yaşlı insanının bir ay əvvəl 123 yaşı tamam olub. ANS PRESS-in ria.ru-ya istinadən verdiyi məlumata görə, onun adı Karmelo Flores Lauradır və o, Boliviyada yaşayır. Karmelo Flores Laura Titikaka gölü yaxınlığında küləş damlı qazmada yaşayır. O, ispanca danışmır, gözlük taxmır, əsasız gəzir və həmişə də kokain yarpağı çeynəyir.\r\nSənədlərə görə Karmelo Flores Laura həqiqətən də 16 iyul 1890-cı ildə anadan olub. Ancaq o, yaşının 100-ə yaxın olduğunu deyir.\r\nO, uzun ömürlülüyünün sirrini çoxlu piyada gəzməkdə, düyü və əriştə yeməməkdə görür. Flores Laur qoyun əti, yulaf yediyini söyləyib. 123 yaşlı uzunömürlü əvvəllər kartof və lobya əkdiyini deyib. Bir dəfə tülkü tutaraq, onun da ətini yediyini bildirib. Flores Laur yalnız dağlardan axıb gələn bulaqlardan su içir və spirtli içkilər qəbul etmir. Uzunömürlü heç vaxt ciddi xəstələnmədiyini də söyləyib.\r\n116 yaşlı Dziroemon Kimur vəfat etdikdən sonra Yerin ən yaşlı sakini 115 yaşlı yapon Misao Okava tanınmışdı. Ən uzunömürlü sakin 1997-ci ildə, 122 yaşında vəfat etmiş fransız qadını Janna Luiza Kalman sayılıb.\r\n\r\nZülfiyyə Qurbanova\r\n\r\nPlanetin ən yaşlı sakini 3 17.08.2013\r\n\r\nPlanetin ən yaşlı sakini 2 17.08.2013

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 43
  • 14
  • 1,181
  • 4,941
ILK-10 Azeri Website Directory