Ali məktəblərdə qeydiyyatın vaxtı açıqlandı

Ali məktəblərdə 19.08.2013“2013/2014-cu tədris ili üçün ali məktəbin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçmiş şəxslər avqustun 20-dən 29-a qədər qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər”. Bunu Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunmuş vaxta qədər bu proseduru başa çatdırmalıdırlar: “Avqustun 29-a kimi onlar qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, o zaman bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək”.\r\nOnu da qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Həmin yerlərə ixtisas seçimi 22-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 19
  • 14
  • 805
  • 2,679
ILK-10 Azeri Website Directory