Cəlilabadda qız qaçıran şəxs 12,6 il cəza aldı

Cəlilabadda qız 2.09.2013Qız qaçırdana kömək edən 7, onları şəxsi maşını ilə aparan sürücü isə 11 illik həbslə cəzalandırıldı\r\nCəlilabad rayonun Ağdaş kəndində maraqlı qız qaçırtma hadisəsi baş verib.\r\nANS PRESS-in “Cənub xəbərləri”nə istinadən verdiyi xəbərə görə, qız qaçırdanın atası Söhbət Cavadov, ötən il, yay aylarında oğlu Sakit Cavadovun əvvəldən istədiyi, həmkəndlisi olan qızı qaçırmaq istədiyini bildirib.\r\nAtasının dediyinə görə, bununla bağlı oğlu ilə həmin il orta məktəbi bitirən qız arasında razılaşma da olub. Beləliklə, qız sonuncu imtahandan çıxan zaman Sakit Cavadov digər 3 tanışı ilə qızı zorla maşına əyləşdirərək, qonşu Privolnye kəndinə aparıblar. Hadisədən xəbər tutan qızın valideynləri 2 saatdan sonra qızlarını evə qaytara bilib.\r\nOlayla bağlı 4 nəfər həbs edilir. Sakitin atası bildirir ki, oğlu əvvəl qızı qaçırtmaq istəsə də, son anda tərəddüd edib. Lakin ona bu işdə ona kömək etməli olan Rüstəm qızı zorla maşına əyləşdirib və birlikdə qonşu kəndə gediblər. Onun dediyinə görə, öncə bütün şahid ifadələrində qızı Rüstəmin qaçırdığı bildirilib. Lakin sonda ifadələr dəyişdirilərək Sakit günahkar çıxarılıb.\r\nBu günlərdə Lənkəran Ağır Cinayətlər üzrə məhkəmədə bu işə baxılıb. Hadisə adam oğurluğu kimi. Sakit Cavadov 12,6 il, qızı öz maşınında 10 manata qaçırtmağa razılaşan, 2-ci qrup əlil Orxan Abdullayev 11 il, digər iştirakçı, Abdullayev Rüstəm 7 il müddətinə ciddi rejimli şəraitdə saxlanılmaqla həbs olunublar. İştirakçılardan biri, Məmmədov Pərviz anlaqsız olduğu üçün məsuliyyətə cəlb olunmayıb.\r\nSakit Cavadovun atası məhkəmənin qərarından narazı qalıb. Lakin onun maddi imkanı olmadığı üçün vəkil tutub Apelyasiya şikayəti vermək imkanı yoxdur. 8 uşaq atası, eləcə də şikəst övladlarının olduğunu bildirən ata belə hesab edir ki, kasıbçılığından istifadə edərək oğluna daha ağır cəza veriblər.\r\n\r\nRövşən Ziya

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory