Sentyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.\r\nTemperaturun gecə 19-24°, gündüz 24-28° isti, Bakıda gecə 21-23°, gündüz 24-26° isti olacağı gözlənilir.\r\nAtmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcəkdir.\r\nAbşeron çimərliklərində dəniz suyunun temperaturu – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaqdır.\r\n\r\nNaxçıvan Muxtar Respublikasında\r\n\r\ngecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.\r\nTemperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir.\r\n\r\nYuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,\r\n həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,\r\n Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında\r\n\r\nbəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.\r\nHavanın temperaturunun gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.\r\n\r\nQazax, Gəncə, Goranboy,\r\n Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında\r\n\r\ngecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.\r\nTemperaturun gecə 17-22°, gündüz 28-33° isti olacağı gözlənilir.\r\n\r\nBalakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,\r\n İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,\r\n Quba, Xaçmaz və Qusar rayonlarında\r\n\r\nbəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.\r\nHavanın temperaturunun gecə 17-22°, gündüz 23-28° isti olacağı gözlənilir.\r\nMərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,\r\nKürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında\r\ngecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır.\r\nTemperaturun gecə 20-25°, gündüz 30-35° isti olacağı gözlənilir.\r\n\r\nMasallı, Yardımlı,\r\n Lerik, Lənkəran və Astara rayonlarında\r\n\r\nbəzi yerlərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.\r\nTemperaturun gecə 21-24°, gündüz 28-33° isti, dağlarda gecə 15-20°, gündüz 20-20° isti olacağı gözlənilir.\r\n\r\nXəbərdarlıq\r\n\r\nSentyabrın 1-də axşam və 2-də respublika ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir saniyədə 20-25 metrədək güclənəcəkdir. Çaylarda sululuğun artacağı, əsasən Böyük Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı vardır.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 77
  • 52
  • 1,084
  • 4,944
ILK-10 Azeri Website Directory