oxucuların suallarına cavab verir

Nikah bağlandıqdan sonra avtomatik olaraq yoldaşım mənim qeydiyyatda olduğum evə qeydiyyata düşə bilərmi? Qeyd edim ki, ev atamın adınadır.\r\nCavid Bayramlı,\r\nSumqayıt şəhəri\r\n- “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim olunmalıdır: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.\r\nBeləliklə, nikahın bağlanması yoldaşınızın sizin qeydiyyatda olduğunuz evə qeydiyyata düşməsi üçün əsas deyildir. Həmin evə qeydiyyata düşmək üçün atanızın yazılı razılıq ərizəsi tələb olunur.\r\n6 ildir ailə qurmuşam və 5 yaşında qızım var. Boşanmaq üçün məhkəməyə ərizə vermişəm. Yaşadığım ev qayınanamın adınadır. Ev çox böyükdür. Bilmək istəyirəm ki, mənə o evdən pay düşür?\r\nFidan Dadaşzadə,\r\nBakı şəhəri\r\n- Sualınızdan aydın olur ki, ev qayınananızın xüsusi mülkiyyətindədir. Bu halda, siz həmin ev üzərində mülkiyyət hüququna malik deyilsiniz. Başqa sözlə, sizə həmin evdən hər hansı pay düşmür.\r\nEv üzərində məhdud əşya hüququna – yaşayış sahəsindən istifadə hüququna malik olmaq üçün isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən sizinlə qayınananız arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma (müqavilə) bağlanmalı və həmin hüququnuz daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. Əgər belə bir müqavilə bağlanmamışsa, onda siz sözügedən evdən istifadə hüququna da malik deyilsiniz.\r\n\r\nCavablandırdı:\r\n Dünyamin NOVRUZOV,\r\n Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory