Təbrik edirik!

Şəmkir rayonunun ziyalıları, istedad sahibləri bütün dövrlərdə işgüzarlığı, müdrikliyi, cəsarəti ilə seçilmiş, xeyirxah təşəbbüslərin tərəfdarı olmuş, insanlara qayğılı münasibətləri ilə qəlblərdə öz mənəvi heykəllərini ucaltmışlar.\r\nSadəliyi, işgüzarlığı, səmimiyyəti ilə qəlblərə hakim kəsilən Asif bəy də belə ziyalılardandır. Rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirak edir, yaşadığı, doğulub-böyüdüyü Təzəkənd kəndi sakinlərinin qayğı və problemləri ilə yaşayır, yeri gələndə kasıblara, az təminatlı insanlara həyan olur, əl tutur. Ona görə də təkcə kənd sakinləri deyil, rayonun ictimaiyyəti arasında böyük nüfuz qazanmışdır. Doğrudur, o elə bir böyük rütbə sahibi deyil. Sadəcə çörək sexinin müdridir. Burada hazırlanan çörək və digər qənnadı məhsulları alıcılar tərəfindən daim rəğbətlə qarşılanır.\r\nBu ilin yanvar ayının 10-da Asif bəy Şahbazovun 43 yaşı tamam olur. Onu doğum günü münasibətilə ürəkdən təbrik edir,ailə səadəti, möhkəm cansalığı, işlərində yeni-yeni uğurlar diləyirik.

\r\n

Rəna xanım Rzayeva

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 17
  • 1,360
  • 4,660
ILK-10 Azeri Website Directory