HACİKƏNDİN İKİNCİ HƏYATI BAŞLAYIR

Gəncədə genişmiqyaslı quruculuq işlərinə başlayarkən İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev demişdi ki, aparılan quruculuq işləri şəhərin ən ucqar nöqtələrini, yaşayış sahələrini, qəsəbələri də əhatə edəcək. Yaddan çıxan, unudulan bir küçə, bir sahə qalmayacaqdır. Çox keçmədi ki, sakinlər həmin sözlərin həqiqət olduğunu gördülər və təsdiqlədilər.\r\n\r\nHacıkənd vaxtıilə Azərbaycanın ən səfalı istirahət guşələrindən biri olub. Lakin zamanla bu gözəlliyə qəsd edilib, baxımsızlıq öz işini görüb. 17 ilə yaxındır ki, Hacıkənd qəsəbəsi qazsız qaldığı üçün zümrüd meşələrin cərgəsi seyrəlib.\r\n\r\nDekabrın 23-ü Hacıkəndin sakinləri üçün əlamətdar oldu. Həmin gün qəsəbənin baş meydanına toplaşanlar həm qazın verilməsinin rəmzi olan məşəlin alovlanmasına şahidlik etdilər, həm də İcra Hakimiyyəti Başçısının səyyar qəbulunda ürək sözlərini, onları narahat edən problemləri söylədilər.\r\n\r\nHacıkənd qəsəbəsinə qaz xəttinin çəkilişi Dövlət Neft Şirkətinin “AzərQaz” İstehsalat Birliyinin xətti ilə aparılıb. Qısa zamanda qəsəbəyə 1700 metrlik qaz xətti çəkilib, 30 sayğac quraşdırılıb. Əgər nəzərə alsaq ki, qəsəbədə evlər bir-birindən aralı, pərakəndə halda tikilib, o zaman işin mürəkkəbliyi göz önündə canlanar. Cəmi bir həftə ərzində görülən bu işlər 165 ailəyə sevinc, evlərə hərarət gətirib.\r\nŞəhər Qaz İstismar İdarəsinin baş mühəndisi Şubay Nəsibov bildirdi ki, qaz çəkilişi davam edəcək və qəsəbənin bütün evləri mavi yanacaqla təmin olunacaqdır. Bir sözlə, burada yaşayan sakinlər, o cümlədən Kəlbəcər, Xocalı, Şuşa, Laçın və Ağdam rayonlarının məcburi köçkünləri qazdan istifadə etmək imkanı qazanacaqlar.\r\nGəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qəsəbə sakinlərini salamlayaraq, əlamətdar gün ərəfəsində qəsəbəyə qaz verilməsini Prezident İlham Əliyevin qayğısının təzahürü olduğunu qeyd etdi.\r\n\r\nSonra Gəncənin yeni iş üslubuna çevrilmiş, əhalinin böyük razılıq və minnətdarlıqla qarşıladığı səyyar qəbul başlandı.\r\nQəsəbə sakini Qoşun Nəsibov uzun illərdən sonra qış fəslində və qısa zamanda Hacıkənd qəsəbəsinə qaz verilməsini Prezident İlham Əliyevin sakinlərə böyük qayğısının nəticəsi kimi qiymətləndirdi. Dedi ki, bu, həm də Hacıkəndin əvvəlki şöhrətinin qaytarılmasına xidmət edəcəkdir. On bir uşaq anası Nübar  İsmayılova son zamanlarda qəsəbədə görülən işlər üçün təşəkkür etdi. Və ərazidə bankomat quraşdırılmasına ehtiyac olduğunu bildirdi.\r\n\r\nXavər Cəfərovanın şikayəti yaşadığı 1 May küçəsində yolun bərbad olması ilə bağlı idi. İcra Başçısı yerindəcə göstəriş verdi və bir neçə saat sonra öyrəndik ki, həmin nöqsan aradan qaldırılmışdır. 35 nömrəli məktəbin müəllimi Vaqif Məmmədov küçədə gecə işıqlarının olmamasından şikayətləndi. İcra Başçısı bildirdi ki, bu nöqsan tezliklə aradan qaldırılacaqdır. Bunun üçün artıq aidiyyəti idarə və təşkilatların rəhbərlərinə tapşırıq verilmişdir.\r\nMərkəzi Kitabxana Sisteminin 12 saylı filialının müdiri Laura Qafarova qaz xəttinin çəkilməsi ilə onların da işinin asanlaşacağını qeyd etdi.  “İndi oxucu zalından istifadə edənlərin sayı artacaq. Çünki qazın verilməsi ilə soyuq zalı isitmək mümkün olacaqdır”-dedi.\r\n\r\nİcra Başçısı Elmar Vəliyev hər kəsi təmkinlə, hörmətlə, qayğı ilə dinlədi və bildirdi ki, Hacıkənd qəsəbəsində olan bütün çatışmazlıqlar tezliklə aradan qaldırılacaqdır. Qəsəbədə yeni məktəb binası tikiləcək, yollar təmir olunacaq, işıqlandırma sistemi qaydaya salınacaq, bankomat quraşdırılacaqdır. Havaların soyuq olmasını nəzərə alaraq qazın çəkilişindən başladıq ki, evlərinizə hərarət gəlsin.\r\n\r\nSonra İcra Başçısı qəsəbəyə qaz verilməsinin rəmzi olan məşəli alovlandırdı, qəsəbə sakini Ədalət Qafarovun evində mavi yanacağın təzyiqini yoxladı. Tədbir iştirakçıların gur alqışlarına səbəb oldu.\r\n

Yeganə, Gəncə.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory