Məntəqə seçki komissiyalarının üzvləri maarifləndirici treninqlərdə fəal iştirak edirlər

Tovuz, 23 sentyabr (AzərTAc). 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında məntəqə üzvləri üçün treninqlər başlamışdır.\r\nDairə seçki komissiyasının sədri Xəqani Vəliyev AzərTAc-a bildirmişdir ki, maarifləndirici məqsəd daşıyan treninqlərdə bütün məntəqə sədrləri, katibləri və üzvləri mərhələ-mərhələ iştirak edəcəklər. Treninqlərdə Məntəqə Seçki Komissiyanın (MSK) treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunacaq müxtəlif prosedurlarla bağlı məşğələlər keçilir, “Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, “Seçki günü prosesləri və müstəsna hallar”, “Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması” mövzularında müzakirələr aparılır.\r\nTreninq çərçivəsində aşağı seçki komissiyasının üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılırlar. Həmçinin treninqlər zamanı hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunacaqdır. Treninqlərin sonunda MSK-nın hazırladığı, səsvermə günü seçki məntəqəsində icra olunacaq hərəkətləri özündə əks etdirən videofilmin nümayiş etdiriləcəyi də nəzərdə tutulmuşdur.

Şərhini bildir

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory