Seçkiqabağı təbliğat kampaniyası beynəlxalq normalara uyğun keçirilib

Seçkiqabağı 9.10.2013Oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov bu gün Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvləri ilə görüşüb.\r\nOqtay Əsədov qonaqları səmimiyyətlə salamlayaraq deyib ki, MDB-yə daxil olan dövlətlər demokratik inkişaf yolu seçmiş gənc dövlətlərdir. Bu ölkələrdə keçirilən seçkilər ildən-ilə təkmilləşir və xalqın iradəsinin daha dolğun ifadə olunmasına yeni imkanlar yaradılır. Sədrin sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin şəffaflığı üçün yüksək səviyyəli şərait yaradılmış, seçki məntəqələrinin 20 faizində veb kameralar quraşdırılmışdır ki, bu da dünyanın istənilən ölkəsindən seçki prosesini izləməyə imkan verəcəkdir. Azərbaycan tolerant ölkədir və burada yaşayan milli azlıqların səsvermədə iştirakı üçün də bütün lazımi tədbirlər görülüb.\r\nSədr MDB PA-nın üzvlərinə işlərində uğurlar arzulayıb və bu seçkilərdə onların ədalətli müşahidə aparacağına əmin olduğunu bildirib.\r\nSəmimi görüş üçün təşəkkürünü bildirən MDB PA-nın müşahidə missiyasının rəhbəri Oleq Lebedyev deyib ki, missiya üzvləri bir sıra seçki məntəqələrinə baş çəkiblər və seçkiyə hazırlığın vəziyyəti ilə yaxından tanış olublar. Seçki məntəqələrinin yüksək səviyyədə hazırlandığını bildirən O.Lebedyev seçki ərəfəsindəki təbliğat kampaniyasının da beynəlxalq normalara uyğun olaraq keçirildiyini nəzərə çatdırıb.\r\nSonra Milli Məclisin Sədri missiyaya daxil olan Ukrayna, Moldova, Qazaxıstan və Qırğızıstan təmsilçilərinin suallarını cavablandırıb.\r\n\r\nElgün MƏNSİMOV,\r\n Fərman BAĞIROV (foto)

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory