Azərbaycan dövləti seçkilərdə vətəndaşların iradələrini sərbəst ifadə etmələrində maraqlıdır

Azərbaycanda 9.10.2013Dünən Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) nümayəndə heyəti ilə görüşüb.\r\nQonaqları Milli Məclisdə görməkdən məmnunluğunu bildirən Oqtay Əsədov qeyd edib ki, prezident seçkiləri hər bir ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda prezident seçkilərini 40 min nəfər müşahidə edəcək. Bunlardan 1300 nəfəri beynəlxalq müşahidəçilərdir. Sədr vurğulayıb ki, Azərbaycan dövləti seçkilərin şəffaf, demokratik və azad şəkildə keçirilməsi üçün bütün lazımi şəraiti yaratmışdır: “Çox şadam ki, TÜRK PA nəinki türk dövlətləri arasında, bütün beynəlxalq təşkilatlar qarşısında öz sözünü deməyi bacarır və özünün müstəqil platformasını sərgiləyir. TÜRK PA da beynəlxalq müşahidəçi qismində Azərbaycana dəvət olunub. İnanırıq ki, bütün nümayəndələr ədalətli müşahidələr aparacaq və gördüklərini olduğu kimi bəyan edəcəklər”.\r\nMilli Məclisin Sədri qeyd edib ki, bəzi hallarda bir sıra beynəlxalq təşkilatların təmsilçiləri obyektivliyi əks etdirməyən və siyasi xarakter daşıyan qərəzli bəyanatlarla çıxış edirlər. Azərbaycan demokratik inkişaf yolunu seçmiş gənc dövlətdir. Azərbaycan dövləti ölkədə keçirilən istənilən seçkidə vətəndaşların sərbəst şəkildə iradələrini ifadə etməsində maraqlıdır.\r\nTÜRK PA nümayəndə heyətinin rəhbəri İpek Haluk səmimi görüşə görə minnətdarlığını bildirib və bu seçkiyə qədər Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərində də müşahidəçi qismində iştirak etdiyini deyib: “Keçirilən hər seçkinin təcrübəsi Azərbaycanın demokratiyaya doğru daha da inamla irəliləməsi üçün şərait yaradır. Bu gün Azərbaycanda iqtisadiyyat ilə yanaşı, siyasi sistem də çox təkmilləşdirilib”.\r\nSonra nümayəndə heyətinin Qazaxıstan və Qırğızıstandan olan təmsilçiləri çıxış edərək seçki ərəfəsindəki siyasi mühiti yüksək qiymətləndiriblər. Daha sonra müxtəlif ölkələrin seçki təcrübəsi haqqında fikir mübadiləsi aparılıb.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 98
  • 54
  • 1,336
  • 5,016
ILK-10 Azeri Website Directory