Hər damlasında sağlam həyat olan bulaq- Əjdər bulağı

8Təmiz hava,yamyaşıl meşələr, durna gözlü, loğman bulaqlar ilin yaz, yay aylarında insanlara gəl-gəl deyir. Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi vardır. Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.\r\nDağlar qoynunda yerləşən bu gözəl diyar təbii qaynamalarla, bulaqlarla məşhurdur. Daşkəsən rayonu Kiçik Qafqazın Şimal–şərqində yerləşdiyi və səthi Şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərmək olar.\r\nTurizm üçün daha xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr mövcuddur. Meşələrdə əsasən fısdıq, vələs, palıd, ağcaqayın, balbalı, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir.\r\nRayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi bitkilər vardır. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən , çəmən, yolotu (qırxbuğum), cincilim, qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkan, qaymaqçiçəyi və sair yerli əhali tərəfindən yığılıb geniş istifadə olunan bitkilərdir.\r\nRayonun gur çeşmələri, şəffaf, müalicəvi bulaqları var. Həmin bulaqların hər damlasında sağlam həyat, can rahatlığı insanların həyat eşqini, yaşamaq istəyini hər an artıran bulaqlar:\r\n- Yumurtalı bulaq – Qabaqtəpə kəndi;\r\n- Narzan bulağı – Yuxarı Daşkəsən qəsəbəsi;\r\n- Turşsu bulağı – Alaxançallı kəndi;\r\n- Qiblə bulağı – Qabaqtəpə kəndi;\r\n- Qayğı bulağı – Qabaqtəpə kəndi;\r\n- Böyrək bulağı – Alunitdağ qəsəbəsi;\r\n- İdris bulağı – Əmirvar kəndi;\r\n- Seyid bulağı – Xoşbulaq kəndi\r\n-Heriknaz bulağı-Gurbulaq kəndi.\r\nBelə gözəl bulaqlardan biri də Daşkəsən rayonunda mənzərəli bir guşədə, Gəncə-Daşkəsən avtomobil yolunun üstündə yerləşən, Daşkəsən qəsəbəsində Abbasov Əjdər Əli oğluna məxsus şəxsi həyətdən axır. Mədə-bağırsaq xəstəliklərindən, xroniki-kolit enterokolit, qaraciyər və öd yollarının xroniki xəstəlikləri zamanı, maddələr mübadiləsi pozğunluğu baş verdikdə, sidik yollarının xroniki xəstəlikləri zamanı istifadə edilir. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu tərəfindən də bu bulağın suyu ilə bağlı müsbət rəy alınmışdır. Bu suyun təbii süfrə suyu olması barədə institutun rəyi vardır. İndi Daşkəsəndə həmin bulaq hər damlasında sağlam həyat olan – Əjdər bulağı kimi tanınır. Bu bulağın suyundan dəfələrlə Əjdər Abbasov aidiyyəti ünvanlara su nümunələri aparmış və ona tam fiziki- kimyəvi analizə əsaslandırılmış şəkildə rəy almışdır.\r\nAzərbaycan Elmi Tədqiqat-Bərpa İnstitutunun professoru Ə. Musayevin təsdiq etdiyi rəydə deyilir:\r\n- Şöbəmizin əməkdaşları tərəfindən təqdim olunan su nümunəsinin tam fiziki-kimyəvi analizi aparılmışdır. Analiz nəticəsində müəyyən edilmişdir ki, su zəif qələvi mühitə malik (pH-7,6), az minerallaşmış (M-2,8q/1), kimyəvi tərkibinə görə xloridli natriumludur.\r\nOrqanoleptik göstəricilərinə görə su – rəngsiz, iysiz, şəffaf və çöküntüsüzdür.\r\nTərkibindəki komponentlərə görə su – təbii mineral müalicəvi–süfrə suyudur.\r\nAZS–216–2006-ya əsasən mənbəənin suyu Ukrayna Respublikasının “Mirqorod” suyunun analoqudur.\r\nMüalicəvi məqsədlə sudan – mədə-bağırsaq xəstəlikləri zamanı, xroniki kolit-enterokolit, qaraciyərin və öd yollarının xroniki xəstəlikləri zamanı, maddələr mübadiləsinin pozuntusu yaranan (diabet, piylənmə, podaqra və s.) xəstəliklər zamanı, sidik yollarının xroniki xəstəliyi baş verdikdə istifadə etmək tövsiyyə edilir.\r\nSuyun mütamadi olaraq laborator müayinəsindən keçirilməsi məsləhət görülür.\r\nTəbiətin xalqımıza bəxş etdiyi bu mineral suyun sadəcə olaraq müasir formada qablaşdırılaraq satışının təşkil edilməsi həm yeni iş yerlərinin açılmasına, həm də rayonun iqtisadiyyatına böyük fayda verər.\r\nLakin, təəssüflər olsun ki, kifayət qədər maliyyə vəsaiti olmadığından insanlara şəfa bəxş edə biləcək bu təbii mineral su – Ukraynanın “Mirqorod” suyunun anoloqu olan su Qoşqar çayına qovuşur. Həmin ərazinin yaşıllıqla əhatə olunduğunu da nəzərə alsaq burada çox gözəl istirahət mərkəzi yaratmaq mümkündür. Bunun üçün lazım olan şərait burada mövcuddur. Bəs çatışmayan nədir? Yalnız maddi vəsait!\r\nXatırladaq ki, bu ərazi Daşkəsən-Gəncə avtomobil yolunun kənarında, Qoşqar çayının 50-100 metrliyində yerləşir. Yəni ərazidə infrastrukturun yaradılmasına güclü vəsait tələb olunmur. Yalnız yeni texnologiya quraşdırılaraq bu mineral süfrə suyunun qablaşdırılmasına ehtiyacı vardır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar üçün hesab edirik ki, əla fürsət var. Maraqlananlar adı çəkilən ünvana gələrək və 050-431-24-45 nömrəli telefona zəng edərək ətraflı məlumat ala bilərlər.\r\nHər damlasında sağlam həyat olan Əjdər bulağının suyunu mətbəxlərimizə, süfrələrimizə gətirənlərin bir qazancı var – ucuz yolla, asan üsulla söhrət tapmaq, varlanmaq…\r\nAdı çəkilən məkan həm də istirahət və turizm üçün sərfəlidir.\r\n\r\nSahib Əhmədov,\r\nDaşkəsən.

Şərhini bildir

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory