MSK Cəmil Həsənlinin iddiasını təmin etmədi (VİDEO)

MSK Cəmil 13.10.2013Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında MSK-ya daxil olan müraciətlərə baxılıb.\r\nQurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda çıxış edən MSK katibi Arifə Muxtarova müraciətlər haqqında məlumat verib. O, bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı tərəfindən MSK-ya seçki günü bəzi seçki məntəqələrində qanun pozuntuları olduğunu iddia edən şikayət xarakterli müraciət daxil olub.\r\nA.Muxtarova bildirib ki, Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq araşdırma nəticəsinə müəyyən olunub ki, G.Aslanlı tərəfindən təqdim olunan müraciətdə istinad edilən aktların əslləri deyil, surətləridir.\r\nMSK katibi qeyd edib ki, G.Aslanlı ilə bir neçə dəfə əlaqə saxlanılıb, bildirilib ki, müvafiq araşdırma aparmaq üçün aktların əslləri təqdim edilməlidir. A.Muxtarovanın sözlərinə görə, G.Aslanlı aktların əsllərini təqdim etməyə etiraz edib: “Aktların əslləri olmadığına görə, müraciət əsassız olmalıdır, çünki qanuna uyğun olaraq araşdırma aparılması üçün sənədlərin əsli təqdim olunmalıdır. Sənədlərin əsli olmadığına görə, müraciət əsassız hesab olunundan təmin edilməyib”.\r\nDaha sonra Gülağa Aslanlı tərəfindən təqdim olunan müraciətin əsassız olması barədə təklif səsə qoyulub və MSK üzvləri tərəfindən qəbul olunub\r\nCari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib ki, seçkidən sonra iki gün ərzində dairə seçki komissiyalarından protokolların hamısı MSK-ya daxil olub: “Ümumi protokolların tərtib olunması baxımından göstəricilər artıb. Demək olar ki, sənədlərin hazırlanmasında, protokolların tərtib edilməsində səhvlər yoxdur. Bu da aşağı seçki komissiya üzvlərinin peşəkarlığının artması ilə bağlıdır”.\r\nhttp://youtu.be/2SQTGYq5E1o\r\nMənbə\r\nANS PRESS

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 103
  • 67
  • 1,280
  • 3,999
ILK-10 Azeri Website Directory