Qazax sement zavodu gələcəkdə məhsulunu xaricə çıxarmağı planlaşdırır

Bakı, 31 oktyabr (AzərTAc). İldə 1 milyon ton sement istehsalı gücünə malik Qazax sement zavodu məhsulunu ilkin mərhələdə xaricə ixrac etməyi planlaşdırmır.\r\nBu sözləri AzərTAc-a “Akkord” Korporasiyanın Direktorlar Şurası sədrinin müavini Suad Çalbıyıq bildirmişdir.\r\nO demişdir ki, Qazax sement zavodunun istehsal edəcəyi məhsul hazırda daxili bazar üçün nəzərdə tutulmuşdur.\r\nAzərbaycanın tikinti sektorunda sementə olan ehtiyac tam ödənildikdən sonra xarici ölkələrə, o cümlədən Rusiya Federasiyası və Gürcüstana bu məhsulun göndərilməsi məsələsi gündəmə gələ bilər.\r\nQazax sement zavodu nəinki ölkə daxilində, eləcə də regionda sement istehsalı üzrə lider mövqe tutmaq iddiasındadır.

Şərhini bildir

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 37
  • 27
  • 429
  • 1,756
ILK-10 Azeri Website Directory