Azərbaycan sabit ölkədir

Noyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gələn Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşüb. Görüşdə ikitərəfli mədəni əlaqələrin yaradılması və perspektivləri müzakirə olunub.\r\nTandili Sunduzanı Azərbaycan parlamentində salamlayan N.Cəfərov ondan Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını bölüşməyi xahiş edib. Daha sonra bildirib ki, Cənubi Afrika Respublikası (CAR) Afrikanın ən inkişaf etmiş ölkəsidir. CAR-da səfərdə olduğunu xatırladan komitə sədri vurğulayıb ki, oranın mədəniyyətində çox rəngarənglik var. Onun sözlərinə görə adıçəkilən ölkənin təkcə parlamentində 11 dildə danışırlar. “Bunun özü elə multikulturalizmdir” – deyə N.Cəfərov əlavə edib. Tədbirdə o da qeyd olunub ki, Cənubi Afrika ilə incəsənət təhsili sahəsində əməkdaşlıq edə bilərik. Bu əməkdaşlığı CAR-da fəaliyyət göstərən Azərbaycan səfirliyi vasitəsilə inkişaf etdirmək olar. Bunun üçün hər iki tərəfin böyük imkanları var.\r\nTandili Sunduza da öz növbəsində Azərbaycan ilə mədəniyyət və incəsənət sahəsində əlaqələrin yaradılmasının vacibliyini qeyd edib. O, Azərbaycana gəlməmişdən əvvəl bu ölkə haqqında məlumatı olduğunu bildirib: “Canlı şahidi oldum ki, Azərbaycan tam sakit və sabit ölkədir. Bu ölkədə bir neçə şəhəri gəzdim. Özüm üçün müəyyənləşdirdim ki, Azərbaycanda mədəniyyətə, adətə-ənənəyə və mədəni irsə böyük önəm verilir”.\r\nO, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun təşkilini gözəl təşəbbüs kimi dəyərləndirib. Vurğulayıb ki, forumda ölkə başçısı İlham Əliyevlə görüş imkanı əldə edib, həmçinin bir çox ölkə nümayəndələri ilə fikir mübadiləsi aparıb: “Mədəniyyət sahəsi ilə geniş maraqlandığım üçün konfransda onu da müşahidə etdim ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi həm də mədəni və tarixi irsin olduğu bir məkandır. Mən istərdim o münaqişələr diqqət mərkəzində olsun ki, orada mədəni və tarixi irs müzakirə mövzusuna çevrilsin. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə də beynəlxalq səviyyədə diqqət yetirilsin”.\r\nT.Sunduza qeyd edib ki, CAR çoxmillətli ölkədir. Ölkənin vahid cəmiyyətdə birləşməsi üçün mədəniyyət böyük rol oynayıb. Buna görə də bütün sahələrlə müqayisədə mədəniyyət və incəsənət həmişə ön planda olub. O, bu sahədə Azərbaycanla əlaqələrin yaradılmasında və möhkəmləndirilməsində əlindən gələni edəcəyini də bildirib.\r\nDaha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.\r\n\r\nElgün MƏNSİMOV.

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory