Milli Məclisin komitələrində 2014-cü ilin dövlət büdcəsinin layihəsi müzakirə edildi

Milli məcilisin komitələrində 5.11.2013 1Dünən Milli Məclisdə İqtisadi syasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib. İclasda 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi aparılıb.\r\nQeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü dövlət büdcəsinin gəlirləri 18 384 000,0 min manat, xərcləri 20 063 000,0 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 14 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində proqnozlaşdırılır.\r\nÖncə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, Azərbycan dünyanın dinamik inkişaf edən ölkəsinə çevrilib: “Aparılan uğurlu siyasətin məntiqli nəticəsi olaraq ölkə iqtisadiyyatının neftdən asılılığı dinamik şəkildə azalır. 2003-cü ildə qeyri-neft sektorunun çəkisi ÜDM-də 5 milyard manat təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 32 milyard manat təşkil edib. Bu gün ölkənin valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşır. Bu, Azərbaycan iqtisadiyyatının inkişafının nəticəsidir. Komitə sədri vurğulayıb ki, tarixdə ilk dəfə dövlət büdcəsinin xərcləri 27 milyard dollar təşkil edəcək. Bu isə onu deməyə əsas verir ki, dünyanın heç bir ölkəsində belə dinamika yoxdur. Bu dinamikanın arxasında dövlət başçısı İlham Əliyevin apardığı titanik və son dərəcədə məhsuldar fəaliyyət durur. Bu gün Azərbaycanın yüksək inkişafı artıq innovasiyalı iqtisadiyyata keçmək üçün strukturların təkmilləşdirilməsinə imkan verir.\r\nMilli məcilisin komitələrində 5.11.2013 2Z.Səmədzadə vurğulayıb ki, bu gün dünyada söz sahibinə çevrilən Azərbaycan və onun yüksələn iqtisadi inkişafı bir çox dövlətlərə örnək ola bilər: “Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində çox gözəl fikir səsləndirdi: “Azərbaycan heç vaxt indiki qədər iqtisadi cəhətdən güclü olmayıb”. Bu, həqiqətən, belədir və Azərbaycanı gələcəkdə böyük uğurlar gözləyir”.\r\nGələn il üçün yaşayış minimumu 125 manat nəzərdə tutulur\r\nİclasda “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” qanun layihəsi barədə Dövlət Sosial Müdaifə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev məlumat verib. Bildirib ki, fondun 2014-cü il büdcəsinin layihəsinin tərtibi zamanı real iqtisadiyyatın növbəti ildəki inkişaf meyilləri və əsas makroiqtisadi göstəricilərin proqnozları, qurumun cari il büdcəsinin indiyədək icrasının nəticələri, 2014-cü ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf meyilləri və s. nəzərə alınıb.\r\nQeyd olunub ki, DSMF-nin 2014-cü il üçün gəlirləri 2 milyard 928 milyon manat proqnozlaşdırılır. Bu da ötən ilin proqnoz göstəriciləri ilə müqayisədə 11,2 faiz və ya 295,8 milyon manat çoxdur. Onun sözlərinə görə, gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir ki, bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir.\r\nSədr müavini deyib ki, gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək sosial sığorta haqlarının proqnozu 660,4 milyon manat təşkil edir. Sosial sığorta daxilolmalarının 62,9 faizi və ya 1 milyard 120 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşür.\r\nFondun gələn il üçün xərcləri 2 milyard 928, 5 milyon manat proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 295,8 milyon manat çoxdur. Əmək pensiyalarının ödəniş xərcləri əhalinin ödənişlərinin 97,4 faizini təşkil edəcək.\r\nSosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə büdcə zərfinə daxil olan digər iki sənədi təqdim edərkən bildirib ki, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində gələn il üçün yaşayış minimumu 125 manat, ehtiyac meyarının həddi isə 100 manat məbləğində nəzərdə tutulur.\r\nSonra çıxış edən maliyyə naziri Samir Şərifov büdcə layihəsi ilə bağlı geniş məlumat verib. Nazir qeyd edib ki, ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, aparılan iqtisadi islahatların nəticəsi olaraq ölkə iqtisadiyyatında qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində tədbirlərin görülməsi 2014-cü ildə də əsas vəzifələrdəndir. Nazir bildirib ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat həcmində proqnozlaşdırılır.\r\nDövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti 100 ABŞ dolları səviyyəsində qəbul edilib. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələ kimi qəbul edilib.\r\nVergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxil olacaq\r\nMaliyyə naziri qeyd edib ki, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq. Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulur. Gələn il üçün Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert nəzərdə tutulur. Yəni transfertin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Gələn il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur.\r\nGələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 milyard 637 milyon 362 min manat olması proqnozlaşdırılır. Kənd təsərrüfatı, meşə, nəqliyyat rabitə xərclərinə ümumilikdə 1 milyard 167 milyon manat vəsait proqnozlaşdırılır. Sahibkarların güzəştli kreditlərlə təminatı, maliyyə dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fonduna 150 milyon manat vəsait nəzərdə tutulub. Naxçıvan MR-ə isə bu məqsədlə 5 milyon manat vəsait proqnozlaşdırılıb. Aqrolizinq üçün dövlət büdcəsindən 35 milyon manat ayrılacaq. Sosial ipoteka üçün dövlət büdcəsindən 40 miylon manat vəsait ayrılacaq. Dövlət büdcəsinin əsas xərclərində ilk Avropa Yay Olimpiya Oyunları ilə bağlı da müvafiq xərclər proqnozlaşdırılır.\r\nMaliyyə nazirinin geniş məruzəsindən sonra Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov çıxış edərək bildirib ki, son illərdə dünyada baş verən iqtisadi böhran bir çox dövlətləri çətin vəziyyətə salsa da, Azərbaycanda bütün sahələrdəki inkişaf bu böhranın ölkəmizə təsir göstərmədiyini bir daha sübut edir. Onun sözlərinə görə, ölkənin dinamik inkişafı bir çox beynəlxalq təşkilatların hesabatlarında da göstərilib. Azərbaycanın rəqabətqabiliyyətlilik indeksi 4.41-dən 4.50-yə qalxıb və ölkəmiz dünya sıralamasında 7 pillə irəliləyərək İtaliya, Portuqaliya, Polşa və Türkiyə kimi dövlətləri qabaqlayaraq 78 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Son 3 ildə isə 16 pillə irəliləyərək MDB ölkələri içərisində birinciliyini qoruyub saxlayıb.\r\n”Heç bir qüvvə, heç bir dövlət bizi öz inkişafımızdan sapındıra bilməz”\r\n”Azərbaycandakı iqtisadi inkişafın kökündə siyasi sabitlik dayanır. Ona görə biz bu ictimai-siyasi sabitliyi göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq”. Bu fikirləri isə Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib. Onun sözlərinə görə, Azərbaycandakı iqtisadi inkişaf həm də ölkədə düzgün aparılan iqtisadi siyasətlə bağlıdır: “Bu, əlbəttə, bizi çox sevindirir və hesab edirəm ki, iqtisadi cəhətdən bu cür irəliyə getməyimizin əsas səbəblərindən biri də populizmdən uzaq olmağımızdır. Azərbaycan hökuməti, Azərbaycan dövləti populizmdən uzaq bir siyasət yeridir. Bizim vətəndaşlarımız bundan da yüksək səviyyədə yaşamağa, ən yüksək həcmli əməkhaqqı almağa layiqdirlər. Kim istəməz ki, müəllimlərin, səhiyyə işçilərinin maaşı yüksək olmasın. Bunu birinci növbədə ölkə Prezidenti də istəyir. Ancaq bu məsələ elmə əsaslanmalıdır. Azərbaycanın iqtisadi inkişafının da elmi əsasları var”.\r\nBirinci vitse-spiker çıxışında eyni zamanda, bəzi dövlətlərin, beynəlxalq təşkilatların ünvanına ittihamlar da səsləndirib: “Dünyada, o cümlədən bəzi dövlətlərdə belə bir təsəvvür var ki, hansısa dövlət qabağa gedirsə, o, mütləq cəzalandırılmalıdır. Axı nəyə görə cəzalandırılmalıdır? Hətta bəzi beyin təşkilatlarının nümayəndələri ilə söhbətlər zamanı onlar açıq-aşkar şəkildə bildirirlər ki, Azərbaycan niyə bu qədər inkişaf edib? İnkişafın da bir həddi olmalıdır? Bu, onu göstərir ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi inkişafına, siyasi cəhətdən sabitliyinə qısqanclıqla yanaşırlar, bunu gözləri götürmür. Ancaq tam məsuliyyətlə bildirirəm ki, heç bir qüvvə, heç bir dövlət bizi öz inkişafımızdan sapındıra bilməz. Bu gün Azərbaycanda güclü dövlət, güclü hakimiyyət var və bunun da başında Azərbaycan xalqının növbəti dəfə etimadını qazanan ölkə Prezidenti cənab İlham Əliyev dayanır”.\r\nİqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova isə çıxışında bildirdi ki, Azərbaycanda yoxsulluğun aradan qaldırılması üçün dövlət 2008-2015-ci illəri əhatə edən müəyyən işlər həyata keçirir. Hökumətin yaxın gələcəkdə əsas hədəfi ehtiyac meyarını yaşayış meyarına çatdırmaqdır. Ehtiyac meyarı yaşayış minimumu ilə eyniləşdirildikdən sonra, ümumiyyətlə, bu prinsiplərin meyarlarına yenidən baxılacaq.\r\nGənclərin xaricdə təhsil almasına 33,7 milyon manat vəsait ayrılacaq\r\nToplantıda çıxış edən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Möhsümov qeyd edib ki, növbəti ildə Neft Fondunun aktivlərindən gəlirləri 380 milyon manat təşkil edəcək. Növbəti ildə fondun gəlirləri 11 milyard 626 milyon manat, xərcləri isə 11 milyard 391 milyon manat təşkil edəcək. Xərclər əsasən mühüm infrastruktur və sosial layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Fond 2014-cü ildə qaçqın və məcburi köçkünlərin sosial durumunun yaxşılaşdırılması üçün 300 milyon manat, Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinə 132 milyon manat, azərbaycanlı gənclərin xaricdə təhsil almasına 33, 7 milyon manat, Samur-Abşeron kanalının inşasının tamamlanması üçün 80,2 milyon manat, o cümlədən ölkənin bütün yaşayış məntəqələrinin optik çıxışının təmin edilməsinə 100 milyon manat, yeni neft-qaz emalı müəssisənin və neft-kimya kompleksinin tikintisinə 285 milyon manat, TANAP layihəsinin maliyyələşdirilməsinə 800 milyon manat, Türkiyədə tikiləcək neft emalı müəssisəsində Azərbaycanın payı üçün 223 milyon manat vəsait ayıracaq”.\r\nFondun icraçı direktoru onu da əlavə etdi ki, keçən il bir çoxları fond büdcəsinin kəsirlə dolacağını bəyan ediblər. “Amma bu deyilənlərin əksi baş verdi. Bu il Neft Fondunun büdcəsi profisitlə tamamlanacaq. 1 milyard dollar həcmində profisit yaranacaq”.\r\nİclasda deputatlar çıxış edərək öz təkliflərini səsləndiriblər. Deputat Vahid Əhmədov, Əli Məsimli, Elton Məmmədov Zahid Oruc, Elmira Axundova çıxış edərək büdcə zərfinə daxil olan sənədlərin müzakirə olunması üçün Milli Məclisin plenar iclasının gündəliyinə salınmasını vacib bildilər.\r\nSonda isə maliyyə naziri Samir Şərifov deputatların suallarını cavablandırdı.\r\n\r\nRəşad BAXŞƏLİYEV,\r\n Fərman BAĞIROV (foto).

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory